Sosial mənzillər satışa çıxarılır: “İlkin satış zamanı baş verən problemlər bir daha təkrarlanmayacaq”



"Sosial evlərin ilkin satışı zamanı baş verən problemlər bir daha təkrarlanmayacaq”. Bu sözləri "Sherg.az” sosial evlərin ikinci satışı ilə bağlı danışarkən daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli söyləyib.

Ekspertin qənaətincə, ilin əvvəlində əhaliyə təklif olunan sosial evlərin satış prosesində alıcılar bir sıra çətinlik çəkdi:

"Əlbəttə belə bir hadisənin baş verməsi bizlər üçün sevindirici hal deyil. İlkin satışdan sonra yaranan problemlərin aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görülməsi vacib idi. Əldə olan məlumatlara görə həmin satışın proqramı bir sıra yerli və beynəlxalq şirkətlərin iştirakı ilə yenidən tənzimlənib. Hətta bir neçə dəfə sınaqdan keçirilib. 

Beləliklə də yükləmə proqramında heç bir problem müşahidə olmayıb. Güman edirəm ki, bu dəfə sosial mənzillərin satışında alıcılar heç bir çətinliklə üzləşməyəcək”.

Qeyd edək ki, bu ilin birinci yarısında ilk dəfə paytaxtın Yasamal rayonu ərazisində 1843 sosial mənzil satışa çıxarıldı. Sosial evlərin ikinci satışı isə sentiyabrın ayının beşində Yasamal rayonu ərazisində əhaliyə təklif olunacaq.

Kənan Eynuroğlu