Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin ən başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, onların sosial rifah halının yaxşılaşdırılmasıdır”.
Bunu "Sherg.az”a millət vəkili Aydın Hüseynov söyləyib .
Onun sözlərinə görə, Prezident İlham Əliyevin fəaliyətinə nəzər salanda görürük ki, insan amili, insan kapitalı, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, onların işlə təmin olunması, əmək haqlarının artırılması, bütövlükdə sosial məsələlər bu siyasətin əsasını təşkil edir:
"Atılan addımlardan da şahidi oluruq ki, ölkənin iqtisadi qüdrəti artdıqca, iqtisadi potensialı yüksəldikcə, bu, ilk növbədə vətəndaşlarımızın rifah halına yönəlir. Əmək haqlarının, təqaüdlərin, pensiyaların, sosial müavinətlərin artırılması, eyni zamanda şəhid ailələrinə, onların vərəsələrinə birdəfəlik yardımın ödənilməsi, qaçqın və məcburi köçkün ailələrinin, Qarabağ veteranlarının, əlillərinin sosial müdafiəsinin gücləndirilməsi və s. nümunələr dediklərimizi sübut edir. Əmək haqlarının, təqaüdlərin, pensiyaların, sosial müavinətlərin artması, ümumiyyətlə, sosial sferada həyata keçirilən bütün tədbirlər çox mühümdür.
Bununla yanaşı vətəndaşın rahatlığı əmək haqlarının yaxşı səviyyədə olması ilə yanaşı, digər məsələlərin də təminini ehtiva edir. Bu gün ölkəmizdə elektrik enerjisi, qazla, su ilə tam şəkildə təminat, geniş internet şəbəkəsinə çıxış, əlverişli infrastrukturun yaradılması və digər tədbirlər Azərbaycan vətəndaşlarının rahatlığı, daha əlverişli şəraitdə yaşaması üçün həyata keçirilir”.
Millət vəkili diqqətə çatdırıb ki, ölkə başçısı gələcək perspektivləri özündə ehtiva edən fərmanlar, sərəncamlar imzalayır:
"Məlumdur ki, problemli kreditlərlə bağlı vətəndaşlarımızın sualları, narahatlıqları vardı. Bunun da aradan qaldırılması üçün Prezident göstəriş verib”.
A.Hüseynov onu da əlavə edib ki, Prezident İlham Əliyev tərəfindən minimum aylıq əməkhaqqının 130 manatdan 180 manata qaldırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək:
"Müvafiq sərəncam 600 min insanı əhatə edəcək. Digər mühüm məsələ odur ki, bu sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq. Minimum əməkhaqqının artırılması haqqında sərəncam dövlət başçısının Azərbaycan vətəndaşlarına diqqətinin bariz nümunəsidir.
Bu kimi tədbirlər bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosial yönümlüdür. Nə qədər ki, Azərbaycan dövləti inkişaf edir, resursları, vəsaitləri artır, ətəndaşlarımızın sosial rifahı daha da yaxşılaşacaq. Prezident İlham Əliyev bundan əvvəl pensiyaların artırılması, şəhid ailələrinə müavinətlərin verilməsi ilə bağlı sərəncamlar imzaladı. Bütün bunlar dövlət başçısının vətəndaşlara verdiyi dəyərin bir fomasıdır”.
Ayyət Əhməd