Spikerdən sərt tənqid: "Elə bil lotereya oynayırlar“



AŞ PA-ın sessiyasında Azərbaycan əleyhinə qətnanməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməyiblər. Sadəcə bitərəf qalıblar. Bu da, məncə, doğru addım deyil”.

Sherg.Az bildirir ki, bunu parlamentin iclasında spiker Oqtay Əsədov AŞ PA-ın qəbul etdiyi qətnamələrdən danışarkən deyib. Sədr vurğulayıb ki, Avropa Məhkəməsinin 10 mindən yuxarı qərarı faktiki olaraq icra edilmir: "Lakin Azərbaycan bütün bu qərarları yerinə yetirir, cərimələri ödəyir, öhdəsinə düşənləri edir. Elə bil, lotoreya oynayırlar. O qədər ölkənin içərisindən Azərbaycanı hədəfə alırlar. Azərbaycana qarşı məlum maddənin tətbiq edilməsi qərəzli olar. Bu olarsa, bizim Avropa Şurasında qalıb-qalmayacağımız müzakirə olunacaq”. 

Anar