Spirtlə işləyən dron havada rekord vurdu
18:40 02.01.2020
Arxiv
423
Çin alimləri FY-36 eksperimental dronunu sınaqdan keçiriblər. Havada təxminən 12 saat qalan metanol yanacaq sistemi olan model South China Morning Post tərəfindən rekord adlandırılıb.
Ted.az-a istinadən bildirir ki, pilotsuz dronların inkişafı ilə Tyantszın dron istehsalçısı Feye UAV Technology, Dalian Kimya Fizika İnstitutu və Çin Elmlər Akademiyası məşğul olub. 15 kiloqram ağırlığında, metanol yanacaqlı dörd vint sistemi olan bir aparat saatda 90 kilometrə qədər sürət yığa bilər. Mütəxəssislərin fikrincə, metanol batareyası litium-ion batareyasından 70 dəfə çox enerji ötürə bilər.
Mütəxəssislər spirtin adi batareyadan daha mürəkkəb bir enerji qaynağı olduğunu söyləyiblər. Məsələn, aşağı temperaturda kimyəvi enerjinin elektrik enerjisinə çevrilməsi yavaşlayır. Mütəxəssislər 12 saatlıq uçuş müddətinə yalnız onlarla uğursuz sınaqlardan sonra nail olduqlarını söyləyiblər.
FY-36-nın inkişafı ilə məşğul olan Çjanq Venyu qeyd edib ki, yeni yanacaq mənbəyi insansız uçuş seqmentindəki mövcud vəziyyəti dəyişdirəcək. Alimlərin fikrincə, spirtlə işləyən pilotsuz təyyarə axtarış-xilasetmə işlərində, aerofotoçəkilişlərdə, elmi və hərbi məqsədlər üçün istifadə edilə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik sazişini təsdiqləyib
21:05 03.11.2026
Dünya
Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan
20:57 03.11.2026
Cənubi Qafqaz
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm