"Sputnik"in Azərbaycandakı ofisi bağlanmalıdır"
15:45 26.02.2019
Arxiv
1996
Elçin Şıxlı: "Bilirəm ki, Mətin və orada işləyən uşaqlar xeyli müddət imiş ki, erməni təbliğatı və dalğasının qarşısını alırmışlar"
Rusiyanın Rəsmi informasiya agentliyi olan "Sputnik”in Azərbaycan bürosunun baş redaktoru Mətin Yaşaroğlu işdən çıxarılıb. Amma onun işdən çıxarılma səbəbləri açıqlanmır. M. Yaşaroğlu özü də bunu açıqlamaq istəməyib. Bu qərar sadəcə kiminsə işdən çıxarılması və ya şirkətdaxili kadr dəyişiklik olmadığı bildirilir. Agentlik rəhbərliyinin belə bir addım atmasının arxasında milli və siyasi səbəblərin dayandığı iddia olunur. Məlumata görə, M.Yaşaroğlu ilə bağlı Ermənistan rəhbərliyi tərəfindən "Sputnik”in mərkəzi ofisinə şikayət daxil olub. Qarabağ problemi ilə bağlı təbliğat aparan jurnalistin bu fəaliyyəti ermənilər tərəfindən narahatlıqla qarşılanıb və problemin həlli üçün agentlik rəhbərliyinə müraciətlər olub. Bu müraciətlərin müsbət həll olunmasını isə "Sputnik”in erməni baş redaktoru Marqarita Simonyan həyata keçirib. Xəbərə görə, M.Yaşaroğlunun Azərbaycan bürosunun rəhbəri kimi fəaliyyətini davam etdirməsi üçün qarşısına Qarabağ mövzusunda material yaymamaq haqda şərt qoyulub. Bu şərti qəbul etməyən büro rəhbəri isə işdən getmək qərarı verib.
M.Yaşaroğluna bir neçə ay bundan qabaq Sputnik rəhbərliyi tərəfindən rəsmi töhmət elan edilib. Bu töhmət ona məhz Qarabağla bağlı mövqeyi və jurnalist fəaliyyətinə görə verilib. Və sonda o, vəzifəsindən azad olunub.
Məsələyə münasibət bildirən "Ayna” – "Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı "Sherg.az”a söyləyib ki, "Sputnik”in Azərbaycandakı ofisi tamamilə ləğv olunmalıdır:
"Əvvəldən də bilinirdi ki, bu struktur ermənilərin əlindədir. Marqarita Simonyanın kim olduğu məlumdur, onun yoldaşı da ermənidir. Görün, Azərbaycan olaraq hansı günlərə qalmışıq ki, Ermənistan ölkəmizdə çalışan jurnalisti işdən çıxartdırır. Bu məsələni kökündən həll etmək lazımdır. Ümumiyyətlə, "Sputnik”in fəaliyyəti dayandırılmalıdır. Orada çalışan jurnalistlərin hamısı olmasa da, əksəriyyətini tanıyıram. Peşəkar və vətəpərvər adamlardırlar. Onu bağladıqdan sonra dövlət resurs verməldir ki, həmin həmkarlar işsiz qalmasınlar, çalışsınlar. Mətin Yaşaroğlu "Zerkalo”da çalışıb, onun peşəkarlığına bələdəm. Orada çalışanların bir çoxu "Zerkalo”dan gedənlərdir. Bu şəxslərin bacarığı və vətənpərvərliyinə heç bir şübhəm yoxdur. Sadəcə, "Zerkalo” bağlanandan sonra əməkdaşlarımız işsiz-gücsüz qaldı və "Sputnik” də çalışmalı oldular. Təkrar edirəm: "Sputnik”i bağlamaq lazımdır. Bilirəm ki, Mətin və orada işləyən uşaqlar xeyli müddət imiş ki, erməni təbliğatı və dalğasının qarşısını alırmışlar. Onun da nəticəsi belə oldu".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adnan Şensesin qızı vəfat etdi!
22:36 13.05.2026
Şou
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi