“Star” Azərbaycan vəTürkiyənin iqtisadiyyatını gücləndirəcək” - Deputat
09:25 23.10.2018
Arxiv
842
""Star” layihəsi Türkiyə və Azərbaycan qardaşlığının yeni uğurudur”.
Bunu "Sherg.az”a ötənlərdə Türkiyənin İzmir şəhərində "Star” neft emalı zavodunun açılış mərasimində Prezident İlham Əlievin səsləndirdiyi "Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük” fikirlərini dəyərləndirərkən millət vəkili Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, "Star” zavodunun açılışı bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan arasındakı bu dostluq, qardaşlıq hər sahədə olduğu kimi böyük layihələrdə də özünü göstərir:
"Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi- Ərzurum, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP bütün bunların hər biri böyük və eyni zamanda uğurlu layihələrdir. Cənab prezidentimiz İlham Əliyev və Rəcəb Tayib Ərdoğan arasında olan dostluq münasibətləri iki ölkə arasındakı birilik və həmrəyliyi daha da möhkəmləndirir. Azərbaycanla Türkiyə arasındakı bu münasibət yalnız hər iki ölkə üçün yox, bütün region, bölgə üçün öz töhfəsini verir.
Adını sadaladığım Türkiyə və Azərbaycanın birgə fəalliyəti, təşəbbüsü ilə həyata keçrilən işlər bütün Avrasiya regionu üçün böyük layihələrdir. "Star” layihəsinə yatırılan 6.3 milyard dollar həcmində investisiya 1 il ərzində Türkiyənin yaranan kəsrinin bağlanması, yanacağının 20 faiz, dizel yanacağının 40 faiz, təyyarə yanacağının 100 faiz ödənməsi, 1100 nəfər insanın işlə təminatı deməkdir.
Azərbaycan üçün bu layihə zaman-zaman valyuta gətirən bir addımdır. İqtisadiyatımız üçün önəmli bir sahədir. "Star” layihəsi hər iki ölkənin həm münasibətlərini daha da möhkəmləndirəcək, həm də iqtisadiyyatını gücləndirəcək”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət