Taksilərlə bağlı yeni qaydalar
10:37 18.04.2017
Arxiv
609
"Biz İqtisadiyyat Nazirliyinə, Nazirlər Kabinetinə müraciət etmişik ki, Bakıda fəaliyyət göstərən bütün taksilərdə vahid tariflər tətbiq olunsun: gecə tarifi ayrı, gün boyu tarif ayrı. Başqa sözlə, bilinsin ki, 10 kilometrədək taksi filan qiymətə aparacaq. Bu zaman həm də taksilər arasında sağlam rəqabət olacaq. Vətəndaş biləcək ki, ən yaxşı maşında da getsə, nisbətən rahat olmayan avtomobil ilə də getsə, tarif eynidir. Bu halda vətəndaş özü daha yaxşı nəqliyyat vasitəsinin seçəcək. Belə olduqda yol təhlükəsizlik qaydalarına riayət etməyən "xalturşik"lər təbii yolla kənarlaşdırılacaqlar".
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bildirib.
"Bu gün taksi qiymətləri təxminən eynidir. Amma biz tez-tez görürük ki, sürücü küçədə özü avtomobilin damına "şahmat" qoyur və taksi fəaliyyətinə başlayır. Elələri olur ki, küçələri də normal tanımır. Taksilərə qoyulan tələblər arasında bu da var ki, şəhərin küçələrini tanımalıdırlar. Sürücü-təlim kursunda iştirak edən sürücülərə Bakı şəhərinin küçələrini tanıdırlar, sonra sürücü bununla bağlı testdən keçir. Qeyri-qanuni taksi fəaliyyətinə son qoyulacaq. Heç bir sürücü istədiyi vaxt maşının damına "şahmat" qoyub, taksi fəaliyyəti göstərməyəcək. Bundan başqa, biz taksi xidməti ilə bağlı vahid tarif tətbiq etmək niyyətindəyik. Bilirik ki, qarlı havalarda taksilər gediş haqlarını qaldırır, 5 manatlıq yolu 20-25 manata aparırlar. Bu da yenə şüurdan irəli gələn məsələdir. Taksi sürücüsü bilməlidir ki, apardığı şəxs də onun kimi vətəndaşdır, taksi sürücüsü kimi o da pul qazanmalıdır və bunun üçün qarlı havada işə gedir. Bununla bağlı medianın da üzərinə böyük vəzifə düşür".
Qurum rəhbəri bildirib ki, vahid tarifin tətbiq olunması ideyası sahibkarlar tərəfindən müsbət qarşılanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya