Təhsilin keyfiyyətinin artırılmasında qiymətləndirmənin ROLU

Aygün Mahmudova, Biologiya müəllimi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi çərçivəsində layihə istiqamətləri elan olundu. Bu müsabiqəyə qoşularaq "Təhsilin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması "istiqamətini əsas götürüb, "Biologiyada innovativ fəaliyyət əsasında irəliləyişlər” layihəsi ilə fərdi kateqoriya üzrə qalib oldum. Layihənin icra müddəti 3 ay (05.09.2018-05.12.2018) müəyyənləşib. Layihənin əsas məqsədi şagirdlərin düzgün qiymətləndirilməsi və yüksək nəticənin əldə olunmasıdır.Hər bir şagirdə bilik verməklə yanaşı,fəaliyyət bacarığı da öyrətməliyik.Şagirdlər öyrəndiklərini həyatda tətbiq etməyi bacarmalıdır.Məsələn, bir dərsi tədris edərkən şagirdlər hər şeyi əyani görsün deyə çöl təcrübəsi,gəzinti, dərman bitkilərinin toplanması və xalq təbabətinin sirlərini öyrənmək şagirdlərə bir öhdəlik olaraq verilir.
Qazax rayon Alpoud kənd tam orta məktəbinin biologiya müəllimi olaraq fəaliyyətimə də bu məktəbdə layihənin açılışı ilə start verildi.Layihə rəhbəri olaraq çalışıram ki,üzərimə düşən vəzifəni layiqincə yerinə yetirim.Müəllim o zaman uğur qazana bilər ki,şagirdə nə öyrədəcəyini bilsin.Müəllim bilmədiyi bir şeyi başqasına öyrədə bilməz.Müəllimin şəxsi təcrübəsi tədris prosesində onun həmişə köməyinə çatır.İngilis filosofu K.S.Lyusisin sözləri ilə desək "İnsanın öz şəxsi təcrübəsi həmişə digərlərinin sübutunu üstələyir”.Müəllim dərsdə düzgün problemli sitiuasiya yaratmalıdır. Problemi düzgün qoyan müəllim nəticə gözləyə bilər.Müəllim aparıcı qüvvədir, o əsas fasilyator rolu oynamalıdır.Şagirdləri fəal tədqiqatçı mövqeyinə yiyələndirməlidir.Çalışmalıdır ki,”mayak” kimi doğru yol göstərsin.Şagirdlər yeni bilikləri müstəqil olaraq əldə etsin.
Tədrisin keyfiyyətinin artirilmasında önəmli yerlərdən biri qiymətləndirmənin üzərinə düşür.Qiymətləndirmə müasir kurikulumun tələblərinə əsasən aparılır.Qiymətləndirmə istiqamətləri 3 formada həyata keçirilir.
1) Beynəlxalq qiymətləndirmə
2) Milli qiymətləndirmə
3) Mə ktəbdaxili qiymətləndirmə.
Məktəbdaxili qiymətləndirmə şagiliyyətlərinin qiymətləndirilməsi, kurikulum üzrə qiymətləndirmə və yekun qiymətləndirməni əhatə edir.Məktəbdaxili qiymətləndirmə diaqnostik,formativ və summativ qiymətləndirmədən ibarətdir.
Qiymətləndirmənin hansı formasından istifadə ediriksə edək mütləq şagird naliyyətləri (qazanılan dəyərlər) qiymətləndirilməli və inkişaf sistemli şəkildə izlənməlidir.Şagird naliyyətlərinin qiymətləndirilməsi prosesində şagirdlərin fəaliyyətləri daim nəzarətdə saxlanmalı,onların irəliləyişlərinin yaxud geriləmələrinin səbəbi müəyyənləşdirilməlidir.
Dünya standartlarına uyğun qiymətləndirmə 4 səviyyədə aparılır.Birinci və ikinci səviyyələr sinifin əksər şagirdlərinə şamil oluna bilər.Üçüncü və dördüncü səviyyələr isə müvafiq olaraq istedadlı və daha istedadlı şagirdlər üçün nəzərdə tutulur. Lakin əksər hallarda siniflərdə üçüncü və dördüncü səviyyələr olmur.Məzmun standartlarından irəli gələn bu cür qiymətləndirmə özünü doğrultmur.
Qiymətləndirmə tətbiq edən zaman müəllim sinfin səviyyəsini və şagirdlərin bacarıq və fəaliyyətlərini nəzərə almalıdır.Məsələn, bir biologiya müəllimi kimi bitki fəsilələrindən birini tədris edirəmsə, hansı şagird nəyə qadirdi,nəyi bacarır və ona bilmədiklərini necə mənimsətmək lazım olduğunu bilməli, tapşırıqları düzgün seçməliyəm.Şagirdlərə tapşırıqları bacarıq,fəaliyyət və maraqlarına uyğun verirəm. 
Herbari hazırlamaq, fəsiləyə aid bitkiləri seçib gətirmək və s. fəaliyyət və bacarıq tələb edən üsullardan istifadə edirəm. Bu üsullar şagirdlərdə dərsə marağı artırır .Hətta zəif oxuyan şagirdlər də özlərində məsuliyyət hiss edərək yoldaşlarından geri qalmır.
Mahiyyətcə bilik 3 katiqoryaya ayrılır.1)Kontekstual bilik 2)Deklorativ bilik 3)Prosedural bilik. Bu biliklər fərqli olduğu kimi, onların reallaşmasına lazım olan bacarıqlar da fərqlidir.Məsələn: deklorativ biliklər yaddaşa əsaslanır. Bu proses” bilmə” və” anlama” fəaliyyəti ilə əlaqədardir.Biologiyada elə mövzular var ki, mütləq şagird onu yadda saxlamalıdır. Bunu yoxlamaq üçün yeni öyrəndiyi mövzuya aid kiçik bir esse yazması tələb olunna bilər. 
Prosedural biliklər öyrəndiyini tətbiq etməyə, kontekstual biliklər isə tədqiqatçılıq vəyaradicılıq fəaliyyəti ilə bağlıdır. Göründüyü kimi, biliklərə görə, fəaliyyətlər müxtəlifdir.Ona görə də, hər bir şagirdə fərdi yanaşmaq, bacarıq və fəaliyyətinə uyğun tapşırıq verib qiymətləndirmək lazımdır.
Eyni sinifdə müxtəlif qabiliyyətli oxumaq istəyən və istəməyən şagirdlər olur. Elə şagirdlər var ki, "3”qiyməti alıb birtəhər məktəbi bitirmək istəyir. Bu şagirdlər dərs prosesinə mənfi təsir göstərir. Müəllim nə qədər səriştəli olsa belə əgər yuxarı sinfdə oxuyan şagirdlərin getdiyi qrupda o fənn yoxdursa, gələcək ixtisasına uyğun deyilsə, o fənni oxumayacaq.Ona görə də, müəllim təlim prosesində tərbiyyəni əsas götürərək sərbəst olmalıdır.
Öz yaradıcı təfəkküründən istifadə edib şagirdi öyrədə bilsin Bunun üçün çox çalışmaq, mövcud olan formallığı aradan qaldırmaq lazımdır. Bu formallıq o zaman aradan qalxa bilər ki, valideyn müəllimin ən yaxın köməkçisi olsun. Onunla çiyin-çiyinə çalışsın ki, övladları uğur qazana bilsin. Bunun üçün valideyn şagird və müəllim üçlü münasibətləri sağlam əsaslar üzərində qurulmalıdır . Müəllim nəzarət var deyə öyrətməməlidir.Öyrətməyə çalışdığı üçün öyrətməlidir. 
Sadəcə, bir fikri diqqətinizə çatdırım ki, müəllim şagird hazırlığı ilə məşğul olarkən daima öz üzərində işləyir. İstəyir ki, daha çox şey bilsin. Əgər bu nəzarətsiz baş verirsə, demək müəllim istəsə, onu məktəbə də tətbiq edə bilər. Ona gorə də təhsilimiz daha da inkişaf etsin deyə savadli,bacarıqlı,innovativ müəllimlərə ehtiyacimiz var. Müəllim təhsilin keşikçisidir. Xalqına, millətinə,dövlətinə layiqli övladlar yetişdirək.