Təmirsiz mənzillərə də kredit veriləcək
21:14 05.04.2017
Arxiv
603
Müsbət dəyişiklik odur ki, bundan sonra güzəştli ipoteka ilə mənzil alanlar 10 faiz ilkin ödəniş edəcəklər
Prezident İlham Əliyev 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında yeni fərman verib. Fərmana əsasən, Azərbaycanda güzəştli ipoteka krediti kreditin verildiyi tarixə ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 90 faizi həcmində veriləcək. Bu rəqəm indiyədək 85 faiz idi.
Bundan başqa, kredit yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına veriləcək.
İqtisadçı-ekspert Rəşad Əliyev isə "Şərq”ə açıqlamasında deyib ki, yeni dəyişikliyə əsasən bundan sonra güzəştli ipoteka ilə mənzil alanlar 10 faiz ilkin ödəniş edəcəklər. Əvvəlki qaydalara əsasən ilkin ödəniş məbləği 15 faiz təşkil edirdi. Bu məbləğdən artıq ödəniş etmək istəyənlər yenə də əvvəlki kimi rəsmi müraciət etməli olacaqlar. Ancaq adi ipoteka kreditləri üzrə ilkin ödənişin həcmi əvvəlki kimi 15-25 faiz qalır. Ekspertin sözlərinə görə, ən mühüm dəyişikliklərdən biri isə odur ki, əvvəlki qaydalara əsasən kredit mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış yaşayış sahəsinin alınmasına verilməli idi. Bundan sonra isə kredit eyni zamanda qabaqcadan qeydiyyat sənədi əsasında verilə bilər:
"Əlavə dəyişikliklərdən biri isə odur ki, ipoteka kreditləri Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, təmirli evlərin alınmasına verilirdi. Ancaq bundan sonra adıçəkilən aktlarla qaydalar nəzərdə tutula bilər ki, onlara əsasən də kredit təmirsiz evlərə verilə bilər”.
İlk dəyişikliyin sosial xarakter daşıdığını vurğulayan R.Əliyev hesab edir ki, bu isə sosial ipoteka alanlara daha az ilkin ödəniş etməklə ev almağa imkan verir: "Sonrakı 2 dəyişiklik isə İpoteka Fonduna kreditləşmə sahəsində manevr imkanları yaradır. Məsələn, tikintisi başa çatmayan evlərin alınmasına kreditin verilməsi üçün. Bunun üçün isə AR Prezidentinin müvafiq normativ aktı olmalıdır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil