Dünyamız onsuz da qan-qada içindədir. İnsanları gələcəyə bağlayan, onlarda sevgi, mərhəmət hissi oyadacaq paylaşımlar edilməlidir
"Terrorçunun hədəfi qorxu yaratmaqdır"
08:00 19.03.2019
Arxiv
570
Ələsgər Məmmədli: "İnternet resursların, sosial şəbəkələrin bəzən hədsiz təhlükəli olduğu belə vəziyyətlərdə üzə çıxır"
Dünyamız onsuz da qan-qada içindədir. İnsanları gələcəyə bağlayan, onlarda sevgi, mərhəmət hissi oyadacaq paylaşımlar edilməlidir
Dünyamız onsuz da qan-qada içindədir. İnsanları gələcəyə bağlayan, onlarda sevgi, mərhəmət hissi oyadacaq paylaşımlar edilməlidir
Yeni Zelandiyanın Kraysterç şəhərində əl-Nur və Linvud məscidlərində müsəlmanlara qarşı törədilmiş terrorun canlı halda sosial şəbəkələrdə yayılması internet resursların nə qədər dəhşətli olduğunu bir daha təsdiqlədi. Məlum olduğu kimi, terrorçu törətdiyi qanlı əməli əvvəlindən sonunadək özü kameraya çəkərək birbaşa canlı yayım təşkil edib. Bu çəkiliş də feysbuk və youtub üzərindən yayılıb. Hazırda qızğın müzakirə və həmçinin qınaq obyekti məhz bu videonun canlı halda sosial şəbəkələrdə yayılmasının qarşısının alınmamasıdır. Bəllidir, terrorçunun irqi, milləti, dini, imanı olmaz. Lakin nədən feysbuk, youtub kimi məşhur internet şəbəkələri bu rəzalətin qarşısını ala bilməyib. Dəhşətli videonun dünyada izlənməsinə əngəl olmayıb?
Bir neçə gündür bu məsələ müzakirə predmetidir və belə bir iddia irəli sürənlər də var ki, terrora məruz qalan məhz müsəlmanlar olduğundan terrorçunun «canlı yayımı»nın qarşısını almaq sosial şəbəkə sahiblərini düşündürməyib. Halbuki məlum video şiddət və qəddarlıq yaydığı üçün dərhal dayandırılmalı idi.
«Şərq»lə fikirlərini bölüşən media eksperti, hüquqşünas Ələsgər Məmmədli qeyd etdi ki, terrorçunun canlı yayımı qısa müddət sonra feysbuk və youtub səhifələrindən qaldırılıb:
- Terror hadisəsinin videosu yayıldıqdan qısa müddət sonra feysbuk, youtub bu videonu blokladı. Daha bu video o sosial şəbəkələrdə açılmadı. Amma buna qədər kimlər həmin videonu öz kompüter bazasına köçürmüşdüsə, öz resurslarında yaya bilirdilər. Bu isə artıq fərdlərin davranışıdır. Canlı yayımın qarşısını ala bilməmək təbiidir. Adam əvvəldən hazırlıq görüb, qanlı terror törədərkən ön kameradan istifadə edəcəyini planlaşdırıb. Belə də edib. Terrorun hədəfi kütləvi qorxu yaratmaqdır. Terrorçunun da məqsədi budur. İnternet resursların, sosial şəbəkələrin bəzən hədsiz təhlükəli olduğu belə vəziyyətlərdə üzə çıxır.
Amma nə edəsən ki, sosial şəbəkələrdəki yayımların qarşısını almaq çox çətindir. Sadəcə, hər bir vətəndaş, insanlar özləri belə videoların hədsiz təhlükəli olduğunu anlamalı və ictimaiyyətin qəzəbinə səbəb olacaq videoların yayılmasını əngəlləməli, onların tirajlanmasına şərait yaratmamalıdırlar. Cəmiyyətə xeyir, hüzur gətirəcək videolar, mesajlar ötürülməlidir. Dünyamız onsuz da qan-qada içindədir. İnsanları gələcəyə bağlayan, onlarda sevgi, mərhəmət hissi oyadacaq paylaşımlar edilməlidir.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya