Tiflisdən qadağa - Ermənistana buğda daşınması dayandırılıb




Gürcüstan hökuməti sentyabrın 1-dən etibarən Rusiyadan Ermənistana öz ərazisindən keçməklə buğda ixracına qadağa tətbiq edəcək. Məlumatlara əsasən, daşınma yalnız Poti limanı vasitəsilə həyata keçiriləcək. 

Yükdaşıma şirkətləri mümkün riskləri səsləndirib və bununla bağlı baş nazir Nikol Paşinyana xəbərdarlıq edib.

Məsələyə münasibət bildirən politoloq Rasim Musabəyov "Sherg.az”a bildirib ki, Gürcüstanın bu qərarı siyasətlə əlaqədar deyil:

 "Rusiyadan Ermənistana taxıl məhsulları ixracı Gürcüstən ərazisindən keçməklə baş tutur. Bu proses zamanı Gürcüstan ərazisindən maşınlar keçərkən ölkədə növbə daha da böyüyür. İkincisi də maşınla gələndə məhsulu - "Ermənistana aparırıq” desələr də ixracatı Gürcüstana boşaldırlar. Bu kimi problemlərin qarşısını almaq üçün məhsulu gəmi vasitəsi ilə Poti limanına gətirib, oradan də dəmir yolu nəqliyyatı vasitəsi ilə Ermənistana aparacaqlar. Burada siyasət axtarmaq lazım deyil”.

Kənan Eynuroğlu