"Titanik"dən xilas olan türk...

Besim Ömər Akalın Türkiyədə tibb tarixinin qabaqcıllarındandır.  Ölkədəki ilk doğum evini  açan, bu sahə ilə bağlı ilk kitabı çıxan adamdır. "Ebelerin ebesi" adı ilə xatırlanır. Ginekoloji peşənin təşkilatlanmasına, ayrıca tibb bacısı və xəstə baxıcısı peşəsinə böyük qatqıları olmuşdur. Ölkədə tibbi nəşriyyatı başladan elm insanıdır. 1912 may ayında Nyu -Yorkda təşkil ediləcək Qızıl Xaç konfransına qatılmaq üçün bir ay əvvəl "Titanik"də özünə  yer ayırtdırıb. "Titanik"in ilk dayanacağı Fransanın Cherbourg şəhəri idi və Besim Ömər oraya qatarla getməyi planlaşdırırdı və otel əməkdaşından onu erkəndən oyandırmasını istəmişdi. Ancaq otel vəzifəlisi Besim Ömər Paşanı oyandırmağı unudub və Ömər qatara çata bilməyib. O, Cherbourga yeni səfər etmək üçün gözləmək məcburiyyətində idi. 5 gün sonra Besim Ömərə gələn xəbər onu şok edir. Gecikdiyi gəmi - "Titanik" buz dağına çırpılaraq batmış və 1514 nəfər həyatını itirmişdi. Bu fəlakətdən xoşbəxtlikdən  xilas olan Ömər, başqa bir gəmiylə Vaşinqtona çatıb və konfransda Osmanlı İmperatorluğunu təmsil edib. Besim Ömər, bu hadisədən sonra "Yer üzünün ən xoşbəxt taleli insanı mənəm" demişdi.