“Toppuş bacı”: Ölmək istəmirəm – VİDEO
09:23 18.09.2018
Arxiv
1293
ATV-də yayımlanan "Bizimləsən” proqramının qonağı Əməkdar artist Tünzalə Əliyeva olub.
"Sherg.az" xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa efirdə ağlayaraq, yaşamaq istədiyini bildirib.
"Həkim dedi ki, sizdə bədxassəli şiş var. Gəldim və dedim ki, mən xərçəngəm. Bunu heç özümə yaraşdırmadım. Bu xəstəlik 5-6 ildir var imiş, sadəcə olaraq dayanıb. Son günlər yemək yemədim, immunitetim aşağı düşdü və xəstəlik inkişaf etdi.
Bir həftə psixoloji durğunluq keçirdim. Hər kəs başıma yığılmışdı, hamı mənimlə birgə ağlayırdı. Atam və anam hələ də bilmir. İndi ölmək istəmirəm. Qızım Zəhra çox balacadır. Mən onu məktəbə yola salmaq istəyirəm. Onu gözəl paltarda görmək istəyirəm. Amma mən o anı görə biləcəyəmmi? Buna heç kim zəmanət vermir. Ruhum Allahla birdir, ona yalvarıram ki, mənə möhlət versin. Hamıdan xahiş edirəm, mənə kömək edin”, - deyə Tünzalə söyləyib.
Studiyada göz yaşlarını saxlaya bilməyən Tünzalə bildirib ki, çox gücsüz insandır:
"Çox gücsüz insanam. Sanki içimdəki narahatlıq məni bərkiməyə qoymur. Ayaqlarım işləmir. Uşaqlıq boynunun bədxassəli şişindən əziyyət çəkirdim. Həmin vaxt həkimim şübhələnərək, ayağımdan 38 limfa götürmüşdü. Arıqlamaq üçün etdiyim əməliyyatlara görə çox peşmanam.
Hər dəfə evdən çıxanda övladımı qayınanama əmanət edirəm. O qədər qanım aşağı düşüb ki, kimya ala bilmirəm. Hər dəfə özümə təskinlik verirəm ki, qayınanam evdədir. Mənə çox böyük dəstəkdir. Yemək yeyə bilmirəm. Buna görə də sağalma ehtimalım azalır. Mədəmi kiçiltdim, iştahım yoxdur. Hər gün yeməliyəm ki, kökəlim.
Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. Çox yeyəndə qaytarıram. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Həyat yoldaşım deyir ki, get "kapron” mədə qoydur. Həmişə deyirdim ki, mənim kilom nə vaxt ikirəqəmli olacaq. O da belə oldu”.
Qeyd edək ki, sənətçi saytımıza açıqlamasında 25 dəfə şüa, altı dəfə isə kimyaterapiyaya gedəcəyini bildirib. Məlumat üçün bildirək ki, "Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi. (oxu.az)
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət