Tramp açıqladı: Razılaşdıq, hökumət yenidən açılır





ABŞ hökumətinin yenidən açılması üçün razılıq əldə etdik.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ABŞ Prezidenti Donald Tramp çıxış edib.
Tramp 34 gün davam edən ABŞ tarixində ən böyük şatdaunun başa çatdığını qeyd edib.

Bununla bərabər, Tramp hökumətin yenidən bağlana biləcəyini istisna etməyib. Onun sözlərinə görə, 15 fevralda Konqres Meksika ilə sərhədə hasar çəkilməsi məsələsinə razılıq verməsə, federal hökumətin fəaliyyəti yenidən dayana bilər.