Tramp: Çin Şimali Koreyanı dayandırmasa, ABŞ hərəkətə keçəcək

İngilis "Financial Times” (FT) qəzetinə danışan ABŞ prezidenti Donald Tramp, Şimali Koreyaya bu günə qədər olan ən böyük göz dağını verdi. Qəzet, materialı "Əgər Çin Şimali Koreyanı həll etməsə, biz həll edərik" başlığıyla təqdim edib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki , bu həftə Çin dövlət başçısı Xi Jinping ilə görüşəcək Tramp, mövzunu gündəmə gətirəcək. Tramp, "Çinin Şimali Koreya üzərində böyük bir təsiri var. Çin bizə bu mövzuda ya kömək etməyə qərar verəcək, ya da etməyəcək. Əgər etsə bu Çin üçün yaxşı olar, əgər etməzsə bu heç kim üçün yaxşı olmaz" deyib.
Xəbərə görə, Tramp Çinin yardımı olsun, ya olmasın Şimali Koreyanın nüvə təhdidinə maneə törətməyə qərarlıdır. Ağ Ev, Şimali Koreyanı prioritetli təhdid olaraq görür.
Çinin Şimali Koreya mövzusunda yardımçı olmasının qarşılığında Tramp, ABŞ-ın Koreya yarımadasındakı hərbi qüvvələrini çəkməyi düşünüb, düşünməyəcəyinə dair bir suala "Əgər Çin Şimali Koreyanı həll etsə, çəkərik" deyib.
28 min ABŞ hərbçisi bölgədədir...
ABŞ ordusu hazırda 28 min hərbçisi ilə bölgədə manevr edir. ABŞ Müdafiə Nazirliyi, Cənubi Koreya ilə birlikdə Pohanq şəhərində reallaşdırılan təlimin adını 'Foal Eagle' olaraq bildirir. 30 aprelə qədər davam edəcək təlimin ilk fotoları dünən gəlib. Quru, hava və dəniz qüvvələrinin nümayişinə səhnə olan təlim, Şimali Koreyanın reaksiyasını çəkəcək.
ABŞ xarici işlər naziri Rex Tillersonun bir az əvvəl hərbi planın masada olduğunu söyləməsinə qarışıq olaraq Şimali Koreya lideri Kim Jongun döyüşə hazır olduqlarını elan etmişdi.