
Türkiyə parlamentinin üzvləri Ermənistanı dərhal Azərbaycan torpaqlarından çıxmağa çağırıblar - RƏY
14:20 04.04.2016
Arxiv
546

"Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarından bir an əvvəl çıxmasalar, bundan sonra baş verəcək hadisələrin məsuliyyətini Azərbaycan daşımayacaq”.
Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Milliyyətçi Hərəkat Partiyasının Kayseri millət vəkili Yusuf Halaçoğlu deyib. O bildirib ki, Qafqaz bölgəsində sülhün və əmin-amanlığın bərpa edilməsinin yeganə yolu var: "Erməniləri işğal etdikləri Azərbaycan torpaqlarından bir an əvvəl çıxmalı və ata-baba yurdlarından didərgin düşmüş qarabağlı qaçqın qardaşlarımız doğma evlərinə qayıtmalıdırlar. Bölgəyə sülh gələcəksə, bundan sonra gələcək. Hazırda bölgədə cərəyan edən proseslər o qədər təhlükəli xarakter alıb ki, yeni bir dünya savaşı başlaya bilər. Böyük dövlətlər bir an əvvəl ağıllarını başlarına almalı və Ermənistanı işğal altında saxladığı torpaqlardan qeydsiz-şərtsiz çıxmağa məcbur etməlidirlər. Əks-təqdirdə, bundan sonra baş verəcək hadisələrin məsuliyyətini qətiyyən Azərbaycan daşımayacaq. Ermənilərin işğal etdikləri torpaqlardan çıxmaları üçün BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qərar bir an əvvəl həyata keçirilməlidir. Azərbaycanın uzun müddətdən bəri problemin sülh yoluyla həll etmə tərəfdarı olduğunu vurğulaması bu məsələdə kimin xoş niyyətli olduğunu göstərir. Xoş niyyətin başqa bir göstəricisi isə Azərbaycanın 2 günlük əməliyyatdan sonra təktərəfli atəşkəs elan etməsidir. Biz azərbaycanlı qardaşlarımızın şəhid olmalarını qətiyyən istəmərik, ancaq iş başqa nöqtələrə vararsa, azərbaycanlı qardaşlarımızı müdafiə edəcək milyonlarla insanın Türkiyədə də mövcud olduğunu heç kim unutmasın. Təkrar edirəm: Qafqaz bölgəsinə sülh və əmin-amanlıq gəlməsinin yeganə şərti ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarını qeydsiz-şərtsiz öz sahiblərinə qaytarmasıdır. Burada heç kim heç kimə hədiyyə vermir, ermənilər cinayət törədərək işğal etdikləri torpaqları o torpaqların gerçək sahiblərinə qaytaracaq. BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının 4 qərarı buna görə yubanmadan həyata keçirilməlidir”.
Cümhuriyyət Xalq Partiyasının Antalya millət vəkili Niyazi Nefi Kara da bəyan edib ki, problemin sülh yolu ilə həll edilməsi üçün BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının qərarları yubanmadan həyata keçirilməlidir: "Bölgədəki prosesləri yaxından izləyirik. Biz daim qardaş Azərbaycanın yanındayıq. "Bir millət, iki dövlət” sözünü həmişə praktik şəkildə həyata keçirməyə hazırıq. Bütün beynəlxalq platformalarda Azərbaycanın haqlı mübarizəsini dəstəkləyirik. Azərbaycan illərdən bəri məsələnin ATƏT Minsk Qrupu missiyası çərçivəsində həllinə çalışsa da, təşəbbüslərin heç bir nəticə vermədiyini görürük. Biz bölgədə sülh və əmin-amanlıq istəyirik. Ancaq bunun üçün ilk növbədə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması lazımdır. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeydz-şərtsiz çıxmasına dair BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların bir an əvvəl həyata keçirilməsinin bölgəyə sülhün daha tez gəlməsinə səbəb olacağına inanıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Putinlə telefon danışığını rədd etdi
20:32 03.11.2026
Gündəm
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm