Türkiyə TV-lərinə partlayışla bağlı xəbər qadağası qoyuldu





Türkiyə Televiziya və Radio Yayımı Şurası İstanbulun "Atatürk” hava limanındakı terror hadisəsi ilə bağlı təfərrüatların işıqlandırılmasına müvəqqəti qadağa qoyub.
APA-nın xəbərinə görə, bu barədə qurumun rəsmi saytında dərc olunmuş məlumatda bildirilir.

Qadağanın çaxnaşma və vəziyyətin gərginləşməsinin qarşısını almaq məqsədi ilə qoyulduğu bildirilir.
Bəyanatda qeyd olunur ki, terror aktları ilə əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün partlayışların baş vermə məqamını, partlayışlardan sonrakı səhnəni əks etdirən kadrlar və dövlət qurumları işçilərinin işini əks etdirən bütün materiallar müvafiq rəsmi qurumlara təqdim edilməlidir.