Türkiyədə ağır qəza - 6 nəfər öldü



Ankara şəhərinin Çayırhan məhəlləsi yaxınlığında 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, mikroavtobusun sürücüsü nasazlıq səbəbindən idarəetməni itirib. Nəticədə mikroavtobus yol kənarındakı ağır texnikaya çırpılıb. Hadisə nəticəsində 6 nəfər həlak olub.