Türkiyədə mədən çökdü, 3 şaxtaçı torpaq altında qalıb





Türkiyənin Amasya şəhərinin Merzifon mahalında mədən çöküb.

Axar.az xəbər verir ki, ilkin məlumatlara əsasən, çökmə nəticəsində ən azı 3 şaxtaçı torpaq altında qalıb.

Hazırda mədəndə axtarış və xilasetmə işləri aparılır.

***

Axtarış və xilasetmə tədbirləri nəticəsində torpaq altında qalan hər üç şaxtaçı xilas edilib.