
TWESCO Nəsiminin 650, Naxçıvan Müqaviləsinin 10 illiyini qeyd edir - Foto
12:29 18.03.2019
Arxiv
793
Qırğızıstanın paytaxtı Bişkekdə Beynəlxalq Türk Akademiyası (TWESCO) Elmi Şurasının ikinci toplantısı keçirilib. Qırğızıstanın elm və təhsil nazirinin ev sahibliyində keçirilən toplantıda Azərbaycanı təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təmsil edib.
"Sherg.az"ın Elmi Şuranın iclasında TWESCO prezidenti Darxan Kıdırali 2018-ci ildə görülən işlərin hesabatını təqdim edib və 2019-ci il üçün fəaliyyət planı haqqında məlumat verib. Elmi Şuranın üzvləri türk dünyasının 2019-ci il üçün əlamətdar hadisələrinin beynəlxalq səviyyədə qeyd edilməsi barədə fikir həmrəyliyi nümayiş etdirib. Həmçinin, Akademiyanın fəaliyyət planı təsdiq olunub, elm və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Türk dünyası üçün önəmli olan aşağıdakı yubileylərin üzv dövlətlər tərəfindən yüksək səviyyədə qeyd olunması barədə razılığa gəlinib:
1. Balasaqunlu Yusifin "Kutadqu Bilik" əsərinin yazılmasının 950-ci ildönümü;
2. Qızıl Orda Xanlığı ilə Monqol İmperatorluğunun yaranmasının 750-ci ildönümü;
3. Şair İmadəddin Nəsiminin anadan olmasının 650-ci ildönümü;
4. Məşhur türkoloq İştvan Konır Mandokinin anadan olmasının 75-ci ildönümü;
5. Atatürkün başlatdığı Milli Mücadilənin 100-cü ildönümü;
6. Türk dünyasının inteqrasiyası üçün böyük əhəmiyyətə malik, Türk Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və Mirası Fondunun qurulması ilə nəticələnən Naxçıvan Müqaviləsinin imzalanmasının 10-cu ildönümü.
Qeyd edək ki, Türk Akademiyasının yaradılmasına dair Müqavilənin 4-ci maddəsinə görə, təşkilat üzv ölkələrin (Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin) elm və təhsil nazirlərinin, Akademiya prezidentinin və vitse-prezidentlərin təmsil olunduğu Elmi Şura tərəfindən idarə edilir. Akademiya rəhbərlik funksiyası isə Prezident tərəfindən həyata keçirilir.
Beynəlxalq Türk Akademiyası Elmi Şurasını yaradılmasına dair qərar 28 noyabr 2014-cü il tarixində Bakıda keçirilən Türk Şurası Təhsil Nazirlərinin III İclasında qəbul edilib. TWESCO Elmi Şurasının ilk iclası 5 sentyabr 2015-ci il tarixində Astanada baş tutub.
Ayyət
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm