Üç uşaq liftdə qaldı




Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 3 nəfər azyaşlı liftdə köməksiz vəziyyətdə qalıb. 

"Sherg.az"ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq azyaşlıların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb.​