Ukrayna prezidenti qoşunları ölkənin şərqinə göndərməyi əmr edib




Ukrayna prezidenti Pyotr Poroşenko qoşunları Mariupol və Xarkovun müdafiəsinə göndərməyi əmr edib. Бu haqda Poroşenko Milli Təhlükəsizlik və Müdafiə Şurasında çıxışı zamanı bildirib.

Ukrayna prezidenti ölkənin şərqində vəziyyətin yeni ssenarisinə hazırlaşır. "Ali Baş Komandan kimi müdafiə nazirinə və baş qərargah rəisinə tapşırıqlar verdim. Ölkənin şərqinə göndərilən qoşun Mariupol tərəfə mümkün ola bilən hücumun qarşısını almaqla məşğul olacaqlar”, - deyə Poroşenko bildirib. Poroşenko vurğulayıb ki, Kiyev əvvəlki kimi vəziyyətin nizama salınmasının, sülhün tərəfdarıdır.

"Ukrayna Minsk razılıqlarına dəqiq riayət etməyə çox məsuliyyətlə yanaşacaq. Amma bu o demək deyil ki, Ukrayna qətiyyətli hərəkətlərə hazır olmayacaq", - deyə dövlət başçısı deyib.

Qeyd edək ki, дünən NATO dа xəbərdarlıq edib. Alyans, Rusiya qoşunlarının Ukrayna sərhədinə tərəf hərəkət etdiyini açıqlayıb. Бu barədə NATO baş katibi Yens Stoltenberq açıqlama verib.

"Biz Rusiya qoşunlarının Ukrayna sərhədinə doğru istiqamətləndiyini görürük", - deyə baş katib bəyan edib.(anspress)
Yens Stoltenberq onu da bildirib ki, Rusiya hələ də separatçıları silahlındıraraq dəstəkləməyə davam edir. Baş katibin sözlərinə görə, Ukraynanın şərqində döyüşən separatçılar arasında Rusiya Silahlı Qüvvələrinin xüsusi təyinatlıları da var.