Vahid Əhmədov: "Problemli kreditlərin həlli ilə bağlı çoxlu təkliflər verilib"



"Cənab prezidentin səsləndirdiyi fikirləri yüksək qiymətləndirir və təqdir edirəm. Ölkə başçısı hər zaman insanları narahat edən məsələlərə həssaslıqla yanaşıb.

Sözügedən bəyanat bir daha göstərdi ki, insanlarımızın mövqeyi, onların problemərinin həlli hər zaman olduğu kimi bu gün də cənab prezidentin əsas diqqət mərkəzindədir. Ölkə başçısı hər zaman insanları narahat edən məsələlərə həssaslıqla yanaşıb və onların həlli istiqamətində mühüm addımlar atıb. Problemli kreditlərin həlli ilə bağlı ölkə başçısının məlum bəyanatı da buna nümunədir”. 

Bu sözləri millət vəkili Vahid Əhmədov deyib. Probemli kreditlər məsələsinin cəmiyyətimizin bir çox fərdini uzun müddətdir ki, ciddi şəkildə narahat etdiyini vurğulayan millət vəkili deyib ki, bu problemin mövcudluğu bank sektorunu da çətin vəziyyətdə qoyub: 

"Məlum problemin həlli olduqca vacibdir və bu, götürdüyü krediti ödəməkdə çətinlik çəkən minlərlə insana kömək etmək, onların maddi durumunu yaxşılaşdırmaq baxımından da çox önəmli addımdır”.

Prezidentin bu məsələdə öz mövqeyini ortaya qoymasını sevindirici hal kimi dəyərləndirən V. Əhmədov deyib ki, indidən konkret olarq hansı təkliflərə üstünlük veriləcəyi, problemin həllinin hansı formada həyata keçiriləcəyini söyləmək olmaz: 

"Problemli kreditlərin həlli ilə bağlı həqiqətən də çoxlu təkliflər verilib. Bunarın içərisində bizim tərəfimizdən səsləndirilən təkliflər də mövcuddur. Problemin həlli ilə bağlı müxtəlif addımlar atıla bilər. Məsələn, ola bilsin ki, aztəminatlı ailələrin borcları bağışlansın. Ola bilsin ki, problemin həlli istiqamətində digər gedişlər olsun. Hal-hazırda bu məsələyə baxılır. Müəyyən bir qrup bu problemin üstündə işləyir. Buna görə də mən bunu çox müsbət qiymətləndirirəm. Yəqin ki, bu məsələ yaxın gələcəkdə öz həllini tapacaq və
biz yaxın gələcəkdə bununla bağlı hansısa fərman və sərəncamların şahidi olacağıq”.

Qeyd edək ki, iqtisadi və sosial məsələlrlə bağlı keçirilən müşavirədə çıxış edən dövlət başçısı vətəndaşları narahat edən məsələlərdən birinin də problemli kreditlərlə bağlı olduğunu bildirib. Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib. Məsələ ilə bağlı iki aydan çox müddətdə iş getdiyini deyən İlham Əliyev qərarın vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında mühüm rol oyanacağını vurğulayıb. Problemli kreditlərlə bağlı məsələnin həm insanları, həm də bankları çətin vəziyyətdə qoyduğunu vurğulayan ekspertlər prezidentin problemli kreditlərin həllini diqqətdə saxlaması, problemin həlli ilə bağlı yaxın gələcəkdə konkret addımların atılacağı ilə bağlı səsləndirdiyi bəyanatı olduqca mühüm və təqdirəlayiq hesab edir.

Şəymən