Vəkillər niyə cərimələnəcəklər? - VİDEO
09:16 09.07.2021
Arxiv
464
Qanunvericiliyə edilən dəyişikliyə görə bundan sonra məhkəmədə açıq-aşkar, əsassız vəsatət qaldıran, yaxud da şikayətlər verən, bununla işə düzgün və tez baxılmasına, onun həll edilməsinə aşkar maneə törədən tərəf, onun nümayəndəsi və ya vəkili 500 manatadək cərimə ediləcək.
Vəkillər Kollegiyasının üzvləri məsələyə kəskin etiraz etdilər. Onların fikrincə, yeni qərar vəkillə müvəkkil arasında narazılıq yaradacaq. Üstəlik, vəkilin məhkəmədə müdafiəsini tam qurmasına maneə yaradacaq. Yaranan narazılıqdan sonra Milli Məclisin növbəti iclasında məsələ yenidən müzakirə olundu.
Parlament sədrinin birinci müavini Əli Hüseynli dəyişikliyi şərh edib: “Burada məqsəd həm məhkəmənin nüfuzunun qaldırılması, həm də tərəfləri intizama dəvət etməkdir”.
Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev isə bildirib ki, məqsəd nə vəkillərin, nə də tərəflərin vəsatətlər verməsinin qarşısını almaq deyil, proseslərə qanunvericiliyin müəyyən etdiyi müddətlər çərçivəsində baxmaq imkanı yaratmaqdır. Bununla da vəkillərin narazılığına son qoyuldu.
Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər II oxunuşda səsə qoyularaq qəbul edilib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual
Tacir Şahmalıoğlu tanınmaz halda - Foto
11:55 17.09.2026
Şou
Rusiyada ayı giləmeyvə yığan iki kişini parçalayıb
11:37 17.09.2026
Hadisə
Putinlə Zelenski bir-birinə nifrət edir - Tramp
11:09 17.09.2026
Dünya
Bu il neçə üçəm doğulub?
10:57 17.09.2026
Cəmiyyət
26 yaşlı gənc bu universitetdə dekan müavini təyin olundu
10:43 17.09.2026
Elm və Təhsil
Azərbaycan əhalisinin sayı açıqlandı
10:30 17.09.2026
Cəmiyyət