Stilist Şəfəq: « Onunla dostluq etməkdən qürur duyuram!»
Ötən gün ölkə mətbuatının, ictimaiyyətin qınağına səbəb olan azərbaycanlı stilist Nazilənin erməni əsilli stilist Geor Avetisyanın toy mərasiminə qatılması hələ də müzakirə mövzusudu. Beləki ötən gün ölkənin bir çox mətbu səhifələrində Azərbaycanlı xanımın bu addımı müzakirə olundu, qınağ obyektinə çevrildi.
Mövzu ilə bağlı Sherg.az-a Azərbaycanın bir nömrəli stilisti Anar Ağakişiyev də danışdı. Azərbaycanlalırın müharibə dövründə ermənilərlə dostluğunun birmənalı şəkildə tənqid etdi. Sitilsit belə Azərbaycanlıları xəyanətkar adlandırdı. Yeri gəlmişkən, Anar müsahibəsində maraqlı bir məqama da toxundu ki, hələ bir il əvvəl o Azərbaycanlı xanım stilistin həmin ermənini Bakıya gətirməsinə sərt reaksiya göstərəndə niyə hamı susdu? Azərbaycanın məhşur xanım stilistinin adıçəkilən erməni əsilli Geor Avetisyanla dostluq etdiyini söyləyəndə də Anar Ağakişievi dinləyən az oldu.
Ötən gün Anar Ağakişiyev Sherg.az-a açıqlamasında yenə də ermənilərlə dostluq edən, onların treninqlərində iştirak edib, böyük məbləğdə pullarını həmin ermənilərə xərcləyən azərbaycanlıları da birmənalı şəkildə qınadı.
Təbii ki, Anar Ağakişeyin sözlərində böyük həqiqət var idi. Azərbaycanlı qanını daşıyan hər kəs harda yaşamasından asılı olmayaraq vətəninə, millətinə bağlı olmalıdır. Çox təəsüf ki, içimizdə olan bəziləri maddiyyatı, öz şəxsi maraqlarını milli maraqlardan, dövlətin maraqlarından daha üstün tutmağı bacarır. Belələri isə vətən xaini sayılır. Yeri gəlmişkən ötən il xalq artisti Ramiz Novruun qızı stilist Şəfəqin də adı bu olaylarda yetərincə hallandı və onun erməni stilist Georgi ilə dostluq etdiyi, ondan stilist olaraq dərs aldığı, ermənini özünə ustad hesab etdiyi barədə yetərincə yazıların şahidi olduq.
Bəs onda şəxsi maraqlarını milli maraqlardan üstün tutanlara qarşı niyə ciddi ölçü götürülmür, niyə onların Azərbaycanda çalışıb pul qazanmasına elə həmin paralar vasitəsilə də ermənilərə dəstək verənləri qınamırıq? Onlar barədə hüquqi müstəvidə ciddi ölçü götürmürük?
Məsələ burasındadır ki, ötən gün «Şərq»də yer alan «Nazilə Azərbaycanlı qanına xəyanət etdi» başlıqlı yazıdan dərhal sonra Azərbaycanlı stilist , adı erməni ilə dostluqda hallanan , xalq artistinin qızı Şəfəq şəxsi instaqram səhifəsində belə bir paylaşım edib.
Xalq artisti Ramiz Novruzun qızı stilist Şəfəq instaqram səhifəsində Erməni Georginin səhifəsini «layk» edərək, erməni stilistin ünvanını xoş sözlər yazmaqdan çəkinməyib. Hətta onunla dostluğundan xoşbəxt olduğunun da şərhdə paylaşaraq sanki Azərbaycan mətbuatına göz dağı verməyə çalışıb.
Xalq artistinin qızının şəxsi instaqram səhifəsinə daxil olanlar rahat şəkildə onun erməni müəliminə, stilist Georgiyə ünvanladığı yaltaqcasına xoş təriflərinin də şahidi ola bilərlər. Görən Azərbaycanlı xanım, Azərbaycanın xalq artistinin qızı erməni həmkarı ilə dostluğundan bu qədər xoşbəxt olduğunun açıq şəkildə sosial şəbəkədə paylaşmaqla nəyi göstərməyə çalışır? İctimai qınağın onun üçün əhəmiyyətli olmadığınımı demək istəyir? «Mən erməni ilə dostluğumdan qürur hissi keçirirəm, buna etirazı olanlara da sözümü bu şəkildə çatdırıram- Sözünüz varmı?» deyə mesaj göndərir?
Hər halda düşünürük ki, xalq artisti Ramiz Novruz qızının erməni əsilli Georgi ilə dostluğuna münasibət bildirməyə borcludur. Azərbaycanın xalq artistinin ailəsi erməni ilə dostluğunun ictimai şəkildə, çəkinmədən sosial şəbəkələrdə rahatlıqla sərgilyirsə buna ictimaiyyətin də birmənalı sərt münasiti mütləqdir? Hörmətli Ramiz Novruz sizin sənətinizə və şəxsiyyətinizə milyonların hörməti var. Amma Azərbaycanlı xalq artistinin ailəsi erməni ilə dostluq edirsə, bunun adı varmı? Bəlkə siz bizə izah edəsininiz?
Yeri gəlmişkən Azərbaycanlı stilist Şəfəqin şəxsi istaqram səhifəsində paylaşımını siz oxucuların da diqqətinə çatdırırıq. Belə bir paylaşım edən azərbaycanlıya nə ad verək?
Tahirə Məmmədqızı