"Xətai" stansiyasında yeni eskalatorların quraşdırılmasına başlandı
10:59 12.02.2019
Arxiv
559
Metronun təmirə bağlanan "Xətai" stansiyasında istismar müddətini başa vurmuş eskalatorların dəyişdirilməsinə başlanıb.
Bu barədə "Sherg.az"a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, dekabr ayının ikinci ongünlüyündə sökülməsi başa çatmış "LT-2” tipli 3 eskalator əvəzinə yenilərinin quraşdırılması prosesinə start verilib: "Qeyd edək ki, əvvəlcədən tərtib edilmiş plana əsasən, bu işlərə fevral ayında başlanmalı idi. Təmir-yenidənqurma prosesinin ikinci mərhələsi çərçivəsində köhnə eskalatorların mühərriklərinin beton özülü dağıdılaraq stansiyadan daşınmışdı. Stansiyada 50 illik istismar müddətini başa vurduqdan sonra sökülmüş 3 köhnə eskalatorun əvəzinə Almaniyanın "Thyssen Krupp” şirkətinin istehsalı olan "Victoria Tube” tipli 4 yeni eskalator quraşdırılır. Bu isə stansiyaya enib-qalxan sərnişinlərin təhlükəsizliyinin daha etibarlı, xidmət səviyyəsinin daha yüksək olması deməkdir. Hər birinin çəkisi 4-8 tona bərabər olan bir neçə hissədən ibarət yeni eskalatorların quraşdırılmasına başlamazdan əvvəl maşın zalında aparılan söküntü işləri müddətində oradan verilən əlavə dayaqlar vestibül döşəməsinin möhkəmliyini artırır. Həmçinin bu müddətdə eskalator hissələrinin maili gedişə düzülməsi məqsədilə qaldırıcı konstruksiya da quraşdırılıb".
B.Məmmədov bildirib ki, maili gediş boyunca tunelin metal geyiminin korroziyadan təmizlənərək, axıntıların qarşısının alınması məqsədilə tədbirlər görülüb, korroziya əleyhinə uzun ömürlü, keyfiyyətli boya ilə rənglənmə işləri aparılıb: "Eskalatorların quraşdırılması başa çatdıqdan sonra, maili gediş boyunca çətir örtüyün vurulmasına başlanılacaq. Hazırda 1-ci və 4-cü eskalatorların hissələri stansiyaya gətirilərək, yerinə qoyulur və quraşdırma işləri aparılır. Bakı metropoliteninin ən dərin stansiyası olan "Xətai"də eskalatorların uzunluğu 100 metrə yaxın olacaq. "LT-2" tipli köhnə analoqlarından fərqli olaraq, yeni maşınların mühafizə bloklarının sayı 2 dəfə çoxdur və bu da sərnişin təhlükəsizliyinin daha da yüksəldilməsinə xidmət edir. Birçıxışlı olduğundan sərnişinlərin giriş-çıxışına bağlanmış stansiyada digər infrastrukturun da yenilənməsi prosesi plana uyğun qaydada aparılır. Artıq vestibülün eskalatorlara giriş meydançasında divar örtüyünün vurulmasına başlanılıb. Bu məqsədlə, əvvəlcə metal tor konstruksiya yığılır, daha sonra divarın mərmər örtüyü vurulur".
QSC rəsmisi qeyd edib ki, binanın fasad hissəsində də möhkəmləndirmə işlərinin 30 faizini yekunlaşmış hesab etmək olar: "Uzunmüddətli istismar dövründə stansiyanın ikimərtəbəli binasında divarların gücləndirilməsi məqsədilə metal konstruksiya yığılıraq, betonlanır. Stansiya damının izolyasiyası bu işlərə paralel olaraq, aparılır. Stansiyanın ön hissəsindəki metal şəbəkələr planlı surətdə sökülərək bərpa olunur. Vestibül və maşın zalı hissəsində yerləşən xidməti otaqlarda planlaşdırılmış təmir işləri aparılır, eləcə də stansiya avadanlıqlarının yenilənməsi, müasir yanğından mühafizə sistemləri və videomüşahidə şəbəkəsinin qurulması istiqamətində də tədbirlər başlayıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Sadıqov: “Məğlubiyyətimiz 4 komandaya sərf edir”
18:38 12.05.2026
Futbol
Putin: “Oreşnik” nüvə başlıqları ilə təchiz edilə bilər
18:24 12.05.2026
Dünya
Ermənistan indi başqa güclərin təsir alətinə çevrilib - ŞƏRH
18:15 12.05.2026
Gündəm
Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb
17:50 12.05.2026
Hadisə
Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
17:31 12.05.2026
Dünya
Britaniyada siyasi böhran: Starmerə görə istefalar davam edir
17:11 12.05.2026
Dünya
Trampdan Çin həmləsi: ABŞ nəhənglərinin CEO-ları Pekinə gedir
17:02 12.05.2026
Dünya
MEDİA dəyirmi masa təşkil edib - FOTO
16:48 12.05.2026
Media
Madyarın qurduğu yeni hökumət təsdiqləndi
16:04 12.05.2026
Dünya
Kreml separatizmi yenidən gündəmə qaytarmağa çalışır - ŞƏRH
16:01 12.05.2026
Gündəm
ABŞ-İran qarşıdurması hələ bitməyib - RƏY
15:57 12.05.2026
Dünya
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya
Dünya bazarından 1 milyard barel neft yoxa çıxıb - GÜNDƏM
14:48 12.05.2026
İqtisadiyyat
Naim Qasım: Livanı İsrail üçün cəhənnəmə çevirəcəyik
14:39 12.05.2026
Gündəm