
Xəzər Rayon Polis İdarəsində Xocalı soyqırımı anılıb
14:37 23.02.2019
Arxiv
448
Bu gün Xəzər Rayon Polis İdarəsində Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
DİN-dən "Sherg.az"a verilən məlumata görə, mərasim soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Anım mərasimində çıxış edən Rayon Polis İdarəsinin rəisi, polis polkovniki İsfəndiyar Mehbalıyev bildirib ki, bu faicə xalqımıza qarşı törədilmiş ən qanlı cinayət hadisələrindən biridir. Bu qanlı cinayətin heç zaman unudulmayacağını bildirən polis polkovniki kütləvi qırğının yalnız xalqımıza qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş faciə adlandırıb. Bu qırğında yüzlərlə günahsız insan qətlə yetirilib, hətta uşağa, qocaya rəhm olunmayıb.

Məhz ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra faciəyə hüquqi-siyasi qiymət verildiyini xatırladan idarə rəisi, bəşəri cinayətin törədildiyi 26 fevral gününün Xocalı soyqırımı günü kimi qəbul edilməsinin də ümumilli liderin təşəbbüsü ilə olduğunu deyib.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlərin, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərildiyi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Polis Akademiyasının İctimai elmlər kafedrasının rəisi, polis kapitanı Rəhim Məcnunov faciənin baş vermə səbəbləri və onun nəticələri barədə geniş məruzə ilə çıxış edib. Ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddialarının ötən əsrin əvvəllərindən başlandığını qeyd edən natiq, 1988-ci ildən etibarən Ermənistanın aktiv hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasından, minlərlə insanın həlak olmasından, 1 milyondan çox insan qaçqın düşməsindən danışıb.
Tədbirin sonunda polis polkovniki İsfəndiyar Mehbalıyev bütün Qarabağ ərazisində bir daha oxşar faciələrin baş verməməsi üçün ölkəmizdə hökm sürən təhlükəsizliyin, əmin-amanlığın qorunub saxlanılmasının son dərəcə əhəmiyyətli olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adnan Şensesin qızı vəfat etdi!
22:36 13.05.2026
Şou
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi