Xəzərə 4.5 bal gücündə zəlzələ oldu




Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Lent.az-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 19:43-də qeydə alınıb.

Maqnitudası 4.5 bal və 12 km dərinliyi olan yeraltı təkanlar hiss olunmayıb.