Avqustun 12-də imzalanan konvensiya Xəzəryanı dövlətlərdə hər hansısa bir münaqişənin baş verməsini əngəlləyəcək. Həmçinin Xəzər dənizi Avrasiya materikində böyük strateji əhəmiyyətə malik bir nöqtədir.
"Xəzərin statusuna dair konvensiyanın ölkəmizə müsbət təsirləri çoxdur” - Politoloq
09:50 14.08.2018
Arxiv
782
"Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmasına dair imzalanan konvensiyanın ölkəmizə müsbət təsirləri çoxdur”
Bu sözləri "Sherg.az” politoloq Rasim Ağayev söyləyib.
Onun qənaətincə, Xəzər dənizinin ətrafında yerləşən beş ölkənin birgə təşəbbüsü ilə atılan bu addım həmin dövlətlər üçün olduqca mühümdür:
"Vaxt keçdikcə bu konvensiyanın imzalanması həmin ölkələrə öz müsbət təsirlərini göstərəcək. Burada Xəzər dənizinin tərkibindəki sərvətlərin qanuni şəkildə bölüşdürülməsi baş tutacaq ki, bunun özü böyük bir amildir.
Avqustun 12-də imzalanan konvensiya Xəzəryanı dövlətlərdə hər hansısa bir münaqişənin baş verməsini əngəlləyəcək. Həmçinin Xəzər dənizi Avrasiya materikində böyük strateji əhəmiyyətə malik bir nöqtədir. Bu da supergüclərin marağını, diqqətini hər zaman cəlb edir. ABŞ, Türkiyə, Avropa ölkələri, Çin, Rusiya kimi dövlətlərin bu fonda müəyyən anlaşılmazlıqları olub. Bu nöqteyi nəzərdən Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiya belə ziddiyyətlərin qarşısını ala biləcək bir qərardır. Amma dünyada hansı hadisələrin yaşanacağı heç kimə məlum deyil. Yəni bunu qabaqcadan proqnozlaşdıra bilmərik. Bir sözlə məlum konvensiya Xəzəryanı ölkələrin siyasi iradəsidir. Bunun ölkəmizə və digər ölkələrə müsbət təsirləri hər zaman özünü göstərəcək”.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq