Xəzəryanı ölkələrin XİN başçıları müavinlərinin növbəti görüşü payızda Bakıda keçiriləcək
07:43 14.08.2018
Arxiv
884
Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzrə məsləhətləşmələr aparmağı planlaşdırırlar.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdraxmanov bildirib.
Onun sözlərinə görə, 5 Xəzəryanı ölkənin (Azərbaycan, Qazaxıstan, Rusiya, İran və Türkmənistan) dövlət başçılarının tapşırıqlarına və qəbul edilən sənədlərdə müəyyən olunan müddəalara əsasən, bu görüş altı aydan gec olmayaraq keçirilməlidir: "Bundan əlavə, bu ilin payızında qrupun bir araya gələcəyi və işə başlayacağı ilə bağlı razılıq əldə olunub. İlkin olaraq, görüş Azərbaycanda keçirilməlidir".
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısı keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov iştirak edib.
Toplantıda 5 prezident Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm
Yeni tədris ilində stresslə necə mübarizə aparmalı?
10:29 09.09.2026
Sağlamlıq