Xocalı faciəsinin qurbanları yad edildi
11:38 26.02.2019
Arxiv
577
Daxili İşlər Nazirliyində Xocalı soyqırımı zamanı şəhid olmuş polis əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.
Əvvəlcə tədbir iştirakçıları işğalçılarla qeyri-bərabər döyüşlərdə qəhrəmancasına həlak olan 17 polis əməkdaşının, soyqırıma məruz qalmış xocalıların, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün həmvətənlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
DİN-in Mətbuat Xidmətindən "Şərq"ə verilən məlumata görə, Daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev tədbiri giriş sözü ilə açaraq xalqımızın son iki əsr ərzində erməni millətçiləri tərəfindən dəfələrlə soyqırıma məruz qaldığını, azərbaycanlıların növbəti belə faciə ilə 27 il əvvəl Xocalıda üzləşdiyini bildirib. Nazir müavini yalnız ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial şəkildə yanaşıldığını, məhz onun qətiyyəti sayəsində soydaşlarımıza qarşı qəddarcasına törədilən dəhşətli qətliama obyektiv hüquqi-siyasi qiymət verildiyini vurğulayıb.
Xocalı soyqırımının bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biri olduğunu deyən polis general-leytenantı İsmət Əliyev işğaldan sonra erməni qəsbkarları tərəfindən azərbaycanlılara məxsus bütün maddi-mədəniyyət abidələrinin vəhşicəsinə dağıdılmasını ümumilikdə dünya sivilizasiyasına qarşı törədilmiş ağır cinayət kimi dəyərləndirib.
Qeyd olunub ki, bu il "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının daxili işlər orqanları əməkdaşlarının da ailə üzvlərinə şamil olunması ali diqqət və qayğının bariz nümunəsidir.
Nazir müavini xüsusilə vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bu faciənin bütün dünyada tanınması istiqamətində görülən işlər, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində mütəmadi şəkildə həyata keçirilən tədbirlər, geniş təbliğat nəticəsində özlərini beynəlxalq ictimaiyyətə məzlum, türklər tərəfindən guya soyqırımına məruz qalmış əzabkeş xalq kimi göstərməyə çalışan erməni millətçilərinin, lobbisinin və havadarlarının bu istiqamətdəki səyləri puç olur, yalan və saxtakarlıq üzərində qurulmuş təbliğatları iflasa uğrayır.
Aparılan uğurlu beynəlxalq siyasət nəticəsində daha çox dövlət, mötəbər beynəlxalq qurumlar Xatın, Sonqmi kimi bəşəri cinayətlər sırasında yer alan Xocalı faciəsini soyqırım kimi tanımağa başlayır, Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirir, erməni millətçilərinin törətdikləri qətliamı şiddətlə qınayır və qəti şəkildə pisləyirlər.
Nazir müavini İ.Əliyev daxili işlər naziri və DİN-in Kollegiya üzvləri adından qəhrəman şəhərin müdafiəsində şəhid olmuş polis əməkdaşlarının ailə üzvlərinə bir daha başsağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıb, qaldırılan məsələlərin tezliklə həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini deyib.
Şəhid ailələri adından danışan Gövhər Fətəliyeva və Qalina Hacıyeva onlara göstərilən diqqətə, qayğıya, həmçinin əvvəlki görüşlərdə qaldırılan bir çox problemlərin həllinə görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adnan Şensesin qızı vəfat etdi!
22:36 13.05.2026
Şou
Rusiya səfiri Ukraynaya hücumlarla bağlı Macarıstan XİN-ə çağırılıb
22:18 13.05.2026
Dünya
"Sabah" Azərbaycan Kubokunun qalibi olub
22:02 13.05.2026
Futbol
Ermənistanda seçicilərə rüşvət verən şəxslər həbs edildilər
21:33 13.05.2026
Cənubi Qafqaz
Əraqçi: Küveyt Fars körfəzində İranın gəmisinə hücum edib
21:08 13.05.2026
Gündəm
Putin Ukrayna həmsərhəd iki regionun qubernatorunu dəyişib
20:55 13.05.2026
Dünya
Arda Güler “Real Madrid”də ayın futbolçusu seçildi
20:43 13.05.2026
Futbol
SEPAH: İranda beynəlxalq internet bərpa olunacaq
20:34 13.05.2026
Region
"Brent" ucuzlaşdı, "WTI" bahalaşdı
20:22 13.05.2026
İqtisadiyyat
Bu ölkə Ukrayna ilə sərhədini bağladı
20:10 13.05.2026
Dünya
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir
19:58 13.05.2026
İnfrastruktur
Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 860 mini ötüb
19:27 13.05.2026
Ekologiya
Faktiki hava açıqlanıb
18:48 13.05.2026
Ekologiya
Finlandiya ilk milli təhlükəsizlik konsepsiyasını təsdiqləyib
18:29 13.05.2026
Dünya
Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub
18:21 13.05.2026
Hərbi