Xocalı prospektində hərəkət qismən məhdudlaşdırılacaq





Fevralın 23-də Bakının Xətai rayonu, Xocalı prospektində avtomobillərin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə "Sherg.az"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilir ki, avtomobillərin hərəkətinin məthdudlaşdırılmasına səbəb prospektdə üfüqi nişanlanma xətlərinin çəkilməsidir.

Bu məqsədlə adıçəkilən ərazidə gün ərzində hərəkət qismən məhdudlaşdırılacaq.