Xocalı soyqırımını törədənlər cəzasını almalıdırlar
08:21 23.10.2018
Arxiv
665
Savelyevin açıqlamaları Azərbaycanın mövqelərinin gücləndiyini göstərir
Türkiyənin Kayseri şəhərində Xocalı Parkındakı soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Abidənin önünə gül dəstəsi qoyan Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev soyqırımı həyata keçirən ermənilərlə bağlı mühüm açıqlamalar verib. Azərbaycanın haqlı mövqeyini dəstəkləyən deputat erməni vəhşiliyinin ifşa olunmasına çağırış edib: "Hamılıqla çalışmalıyıq ki, Xocalı soyqırımı barədə həqiqətləri bütün dünyaya çatdıraq və bu faciəni törədənlər cəzalarını alsınlar. Türkiyədə təhsil alan xarici tələbələr təmsil etdikləri dövlətlərinin rəhbər şəxslərinə təsir göstərməli, Xocalı soyqırımı ilə bağlı ölkələrinin parlamentlərinə çağırış etməlidirlər. Belə bir vəhşiliyin cəzasız qalmaması üçün təbliğat işlərinə qoşulmalıdırlar”. Ekspertlərə görə, Azərbaycanın reallıqları ilə bağlı fikir söyləyənlər içərisində Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev tək deyil. Bu cür demokratik fikirli insanlar çoxdur. Əgər Savelyev "Xocalı şəhərində dəhşətli faciə törədilib, dinc sakinlərə hücum edilib. Bu cinayət nəticəsində 613 günahsız insan qətlə yetirilib” fikirlərini səsləndiribsə, artıq bu etirafdır. Bu fikirlər Xocalı soyqırımının dünyada bir daha tanınmasında mühüm rola malik ola bilər. Hətta soyqırımda iştirak edənlərin gələcəkdə cəzalandırılması istiqamətində də nəsə etmək mümkünləşər. Hər halda rusiyalı deputatın bunu dilə gətirməsi müsbət haldır. Məlumat üçün deyək ki, Savelyevin Türkiyədəki çıxışı Ermənistanla yanaşı, Rusiyanın şovinist qüvvələri tərəfindən də sərt reaksiya ilə qarşılanıb.
Rusiya Dövlət Dumasının deputatı tərəfindən səslənən fikirləri "Şərq”ə dəyərləndirən Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri deyib ki, Savelyevin açıqlamaları Azərbaycanın mövqelərinin gücləndiyini göstərir. Artıq Rusiya ictimai rəyinə təsir imkanımız var. Ekspertin sözlərinə görə, Savelyevin açıqlaması ilk deyil. Rusiyanın siyasi müstəvisində Azərbaycanın mövqeyini haqlı sayan və müdafiə edən çox ciddi siyasətşünaslar, dövlət adamları mövcuddur:
"Onların sayı həndəsi deyil, ədədi silsilə ilə artmaqdadır. Belə yanaşmalar Azərbaycan dövləti və cəmiyyəti adına sevindirici haldır. Əvvəllər Rusiya ictimai rəyinin böyük əksəriyyəti Azərbaycanın haqlı mövqeyinin əleyhinə idisə, üstəgəl Ermənistanın mövqeyi "ədalətli” sayılırdısa, bu gün Dağlıq Qarabağ və Azərbaycan həqiqətləri məsələsində Rusiyanın ən ciddi siyasi fiqurlarının mövqeyi bizim mövqelərimizlə üst-üstə düşür. Savelyevin açıqlaması bir daha sübut edir ki, rəsmi Bakının mövqeyi Rusiyanın hakim dairələri arasında da özünə yer edib”.
Politoloq bildirib ki, indi elə geosiyasi mühit yaranıb ki, Rusiya-Türkiyə münasibətlərində Azərbaycanı gözardı etmək mümkün deyil:
"Bu gün Avrasiya kontekstində Azərbaycan-Rusiya və Türkiyə üçlü formatından söhbət gedir. Rusiyanın ideoloji rəhbərlərindən sayılan Aleksandr Duqin də bu yöndə konkret açıqlama vermişdi. Zamanında Azərbaycan əleyhinə danışan Duqin daha sonra həqiqəti dərk edərək Azərbaycanın və Türkiyənin xeyrinə ciddi siyasi bəyanatlar verməyə başladı.
Ona görə də Savelyevin açıqlamasına təəccüblənmək lazım deyil. Düşünürəm ki, bu cür açıqlamalar getdikcə daha da çoxalacaq. Bu, qonşu Rusiya ilə Azərbaycan əlaqələri üçün olduqca müsbət haldır. Çünki Rusiya ilə xoş münasibətlərdə olmaq yalnız bizim xeyrimizədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
14:44 28.10.2026
Sosial
Ermənistanda parlamentin keçmiş sədrinin əmlakına həbs qoyulub
14:42 28.10.2026
Region
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət