“Xocalı yürüyüşündəki izdiham onu göstərir ki, xalq-Prezident birliyi çox güclüdür”
13:04 27.02.2019
Arxiv
746
"Xocalı soyqırımının 27-ci il dönümü ilə bağlı təşkil olunmuş möhtəşəm yürüyüşdə cənab Prezident İlham Əliyevin arxasınca böyük bir xalq izdihamının hərəkət etməsi onun göstəricisidir ki, xalqın prezidentə çox böyük ehtimadı var”.
Bunu "Sherg.az”a BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib.
Partiya funksioneri bildirib ki, yüz minlər, milyonlar hər zaman İlham Əliyevə dəstək verməyə hazırdır:
"Bu həm də bütün dünyaya mesajdır ki, Azərbaycan xalqı erməni vəhşiliyini unutmayıb və bütün bunu dünyada qəbul etməlidir. Bu günə qədər dəfərlərlə yüz minlik yürüşlərdə Prezident İlham Əliyev iştirak edib. Dövlət tədbirlərində hər zaman xalqın yanında olub. Xocalı yürüyüşündəki izdiham onu göstərir ki, xalq-Prezident birliyi çox güclüdür.
Prezident hər zaman açıq şəkildə bildirib ki, Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə mövzusu olmayacaq. Biz öz torpaqlarımızı heç zaman güzəştə getməyəcəyik. Bunu Prezident bütün beynəlxalq görüşlərində konkret şəkildə bəyan edir. "Milli Şura” rəhbərliyi, konkret Əli Kərimli bütün tədbirlərdə, anım mərasimlərində ucuz siyasi şoular yaratmağa cəhd edir. Bu adam üçün milli matəm günü olmasının heç bir fərqi yoxdur. Hamı yaxşı bilir ki, radikal müxalifətin arxasında geniş sosial baza yoxdur. Belə olan halda Ə.Kərimlinin arxasında minlər necə ola bilərdi? Kərimliyə qrantın verilməsi uzun müddətdir davam edir. Müxtəlif yollarla xarici təşkilatların ayırdığı vəsait Əli Kərimliyə çatdırılır”.
Ekspertin sözlərinə görə, Xocalı soyqırımını anma mərasimi, o cümlədən 20 Yanvar şəhidlərinin ziyarəti zamanı adam utanmadan bütün imkanlardan istifadə edib, özünün siyasi reklamı ilə məşğul olur:
"0-15 nəfərlə tədbirə qatılır və görüntü yaradır ki, guya on minlər məhz ona görə gəlir. Lakin mətbuat onu çox pis yerdə yaxaladı. Evindən 5-6 nəfərlə çıxıb tədbirə gəldiyi yerdə görüntülədi. Həttə vətəndaş yaxınlaşıb ondan soruşdu ki, niyə oğlun əsgərlik xidmətini yerinə yetirmir?! O da bunun əvəzində vətəndaşı təhqir etdi.
Özünə demokrat adı qoyan şəxsin necə cılız və dar düşüncəli olduğunu nümayiş etdirdi. Bu adam söyüş söyməyi belə özünə ar bilmir. Niyə əsəbləşirsən ki? Həqiqətən də oğlun ali təhsilinin baş vurub, İngiltərədən ABŞ-a işləməyə gedib. Niyə əsgərlik xidmətini yerinə yetirməməlidir?”.
N.Orduxanlı bildirib ki, bu məsələni ilk dəfə o ictimailəşdirib:
"Səfərvərlik Xidmətinin rəsmiləri mənə cavab verdilər ki, Əli Kərimlinin oğlu Türkel Kərimli Nəsimi rayonunda hərbi qeydiyyatdadır və onun əsgərliyə cəlb edilməsi üçün qanunla müvafiq tədbirlər həyata keçirirlər. Bu o deməkdir ki, Kərimlinin oğlu əsgərlik xidmətindən yayınır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İranın uranın zənginləşdirilməsindən imtina edəcəyinə əmindir
18:55 12.05.2026
Dünya
Fergus Auldun Azərbaycanda diplomatik fəaliyyəti başa çatıb
18:45 12.05.2026
Siyasət
Rəşad Sadıqov: “Məğlubiyyətimiz 4 komandaya sərf edir”
18:38 12.05.2026
Futbol
Putin: “Oreşnik” nüvə başlıqları ilə təchiz edilə bilər
18:24 12.05.2026
Dünya
Ermənistan indi başqa güclərin təsir alətinə çevrilib - ŞƏRH
18:15 12.05.2026
Gündəm
Bakıda soyğunçuluğa görə 3 dəstə üzvü saxlanılıb
17:50 12.05.2026
Hadisə
Ermənistan səfiri Moskvanın notasından sonra İrəvana qayıtdı
17:31 12.05.2026
Dünya
Britaniyada siyasi böhran: Starmerə görə istefalar davam edir
17:11 12.05.2026
Dünya
Trampdan Çin həmləsi: ABŞ nəhənglərinin CEO-ları Pekinə gedir
17:02 12.05.2026
Dünya
MEDİA dəyirmi masa təşkil edib - FOTO
16:48 12.05.2026
Media
Madyarın qurduğu yeni hökumət təsdiqləndi
16:04 12.05.2026
Dünya
Kreml separatizmi yenidən gündəmə qaytarmağa çalışır - ŞƏRH
16:01 12.05.2026
Gündəm
ABŞ-İran qarşıdurması hələ bitməyib - RƏY
15:57 12.05.2026
Dünya
Hakan Fidan müharibə xəbərdarlığı etdi
15:46 12.05.2026
Dünya