Yaqub Mahmudov ustad dərsi keçəcək





AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov BDU-nun Tarix fakültəsinin tələbələrinə "Azərbaycan tarix elmi: dünən, bu gün, sabah” mövzusunda ustad dərsi keçəcək.

Tarix İnstitutundan Moderator.az-a verilən məlumata görə, tədbir sabah saat 14:00-da olacaq.

Qeyd edək ki, bu cür dərslər AMEA ilə ali təhsil müəssisələri arasında elmi əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Elmi konfrans AMEA-nın əsas binasında (Kiçik akt zalı, 2-ci mərtəbə) keçiriləcək.