Yeni ailə quran gənc azərbaycanlı yazar qəfil dünyasını dəyişdi




Gənc şair Kamran Su (Rüstəmov) gecə saatlarında dünyasını dəyişib.

"Sherg.Az" Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Bildirilib ki, 27 yaşlı şair infaktdan dünyasını dəyişib.

Qeyd edək ki, o, üç ay bundan əvvəl ailə həyatı qurub. O, son dönəmlərdə Tbilisidə yaşayırdı. Əsərlərini, əsasən, şəxsi bloqunda paylaşırdı.