Yeni medal təsis olundu



 Azərbaycanda "Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib.

Sherg.Az bildirir ki, parlamentin bugünkü iclasında "Orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliyə əsasən, "Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunub. Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər. 

 Anar