Yıldırım Rusiyaya görə İlham Əliyevə təşəkkür etdi

Binali Yıldırım Rusiya ilə münasibətlərin düzəlməsində Azərbaycanın səylər göstərdiyini deyib


Türkiyənin baş naziri Binali Yıldırım Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib. ANS PRESS-in məlumatına görə, o, Azərbaycanın dövlət başçısına Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasında etdiyi köməyə görə minnətdarlığını bildirib.
Yıldırım İlham Əliyevlə yanaşı Qazaxıstan lideri Nursultan Nazarbayeva da verdiyi dəstəyə görə təşəkkürlərini çatdırıb.

"Qarşılıqlı yazışmalarda Rusiya və Türkiyə arasında buzların əriməsi üçün çalışdıq. İndi başqa bir dövr başlayır. Dostlarımız artacaq, düşmənlərimiz azalacaq”.