Yoxsulluğa dözə bilmədi: Ərinin məzarı başında intihar etdi

Türkyənin Bursa şəhərində bir tekstildə çalışan, ancaq iqtisadi çətinliklər səbəbiylə müflisləşdiyi qarşıya qoyulan Öndər Çolaq, 2007-ci ildə infarkt keçirərək ölüb.
Onun cənazəsi Pınarbaşı qəbiristanlığındakı ailə qəbirisitanlığına dəfn edilib. Öndər Çolağın həyat yoldaşı Candan Çolaq isə həyat yoldaşını itirməsiylə birlikdə yoxsullaşıb. Bir bankda çayçı kimi çalışan Çolaq, daha sonra işindən ayrılıb. 3 uşaq anası, dünən günorta saatlarında Pınarbaşı Qəbiristanlığındakı həyat yoldaşının məzarını ziyarət edib. O, daha sonra özü ilə gətirdiyi ipi həyat yoldaşının məzarının 100 metr uzaqlığındakı ağaca bağlayaraq özünü asıb. Ətrafdan keçənlərin çəsədi görməsindən sonra polisə xəbər verilib. Respublika Prokurorunun hadisə yerindəki araşdırmasının ardından Çolağın cəsədi yarılmaq üçün xəstəxanaya göndərilib. Bura gələn baldızı Şermin Çolaq, Candan Çolağı tanıyıb. Çolağın cənazəsi Pınarbaşı Qəbiristanlığında həyat yoldaşının yanında dəfn edilib. İstintaq davam etdirilir.