“Yüksəliş” müsabiqəsi ilə bağlı təlim...
06:19 14.01.2020
Arxiv
737
Yanvar 13-də 1 saylı “ASAN xidmət” mərkəzində “Yüksəliş” İctimai Birliyinin nümayəndələri tərəfindən onlayn təlim keçirilib.
Təlimin məqsədi “ASAN xidmət” əməkdaşları və könüllülərini “Yüksəliş” müsabiqəsinin təbliği və qeydiyyat prosedurları haqqında məlumatlandırmaq, bu prosesdə onların fəal iştirakını təmin etməkdir.
Təlimlərə “ASAN xidmət”in Bakı və Sumqayıt, o cümlədən 10 bölgədən olan əməkdaşları və könüllüləri qatılıb. Hər bölgədən 10-a yaxın dinləyicinin iştirak etdiyi təlimlər ikimərhələli keçirilib.
Birinci mərhələdə “ASAN xidmət” əməkdaşlarına və könüllülərə “Yüksəliş” müsabiqəsi haqqında məlumat verilib. Bu məlumat könüllülərin müsabiqənin təbliğində fəallığını və məlumatlılığını təmin edəcək.
İkinci mərhələ Sumqayıt və bölgələrdən olan “ASAN xidmət” könüllüləri üçün nəzərdə tutulub. Onlara “Yüksəliş” müsabiqəsinin qeydiyyat proseduru haqqında məlumat verilib.
“ASAN xidmət” könüllüləri çalışdıqları bölgələrdə qeydiyyatdan keçmək istəyən şəxslərə necə kömək göstərəcəklərini öyrəniblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinə dekabrın 27-dən start verilib. Qeydiyyat 2 fevral 2020-ci il saat 18.00-dək davam edəcək. Müsabiqəyə qatılmaq istəyənlər https://yukselish.az/ saytında qeydiyyatdan keçə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət