Zəif ölkələrdə qorxu sindromu yaşanır
08:55 26.02.2019
Arxiv
571
İndi ermənilər nəinki hakimiyyət orqanlarından, hətta öz yaxın ətraflarından belə küsüblər
Son aylar Ermənistanda intiharların sayı kəskin surətdə artıb. Ermənistan FHN-in psixoloqu Tiqran Sarkisyan İrəvanda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkədə intiharların sayının artması cəmiyyətdə təşvişə səbəb olub. Onun sözlərinə görə, bu mənfi tendensiya yeni ilin ilk aylarında daha da güclənib. Belə ki, 2019-cu ilin yanvar-fevral aylarında 100 intihar və intihara cəhd qeydə alınıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 11 hal çoxdur. Məlumata görə, ötən ildə Ermənistanda 496 intihara cəhd və 108 intihar halları qeydə alınıb. Bu göstərici 2017-ci illə müqayisədə 20 faiz çoxdur. Bu dəhşətli statistikada "lider” şəhər İrəvandır, ikinci və üçüncü yerlərdə isə Şirak və Lori vilayətləri gəlir. FHN təmsilçisinin sözlərinə görə, insanları intihara məcbur edən əsas amillər ağır sosial-iqtisadi vəziyyətdir: "Həyatla vidalaşmağa qərar verənlərin, lakin bəzən bundan vaz keçənlərin əksəriyyəti 25-40 yaş həddində olanlardır. 40-60 yaş arası erməniləri isə bir çox hallarda fikrindən daşındırmaq olmur. Psixoloq diqqətə çatdırıb ki, özünü asmaq intihar edənlərin üstünlük verdiyi metoddur”.
Düşmən ölkədəki vəziyyəti "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, müharibə aparan zəif ölkələrdə uzun illər savaş sindromu yaşanır. Bu sindrom həm müharibə iştirakçılarında, həm də bütövlükdə cəmiyyətdə öz əksini tapır:
"Gələcəyə ümidsizlik və sosial vəziyyətin ağırlığı insanları intihara sövq edir. Çox zaman isə psixoloji böhrana gətirib çıxarır. Ailəsini və özünü dolandıra bilməyən, toplumda yerini tapmayan, özünü unudulmuş və tərk edilmiş sayan şəxslərin yeganə yolu intihara əl atmaqdır. Hazırda Ermənistanda məhz bu proses yaşanır.
İndi ermənilər nəinki hakimiyyət orqanlarından, hətta öz yaxın ətraflarından belə küsüblər. Hər şeydən ümidini üzənlər ölümdən başqa çarə tapmırlar. Son aylarda Ermənistanda intiharların sayının artması göstərir ki, Paşinyanın "məxməri inqilabı” ölkə əhalisinə müsbət heç nə verməyib. Üstəlik getdikcə ölkənin sosial vəziyyəti daha da pisləşir.
Son günlər paytaxt İrəvanda əhalinin etirazları artmaqdadır. Vaxtı ilə Paşinyandan ötrü küçəyə çıxanlar, indi də hökumətə etiraz üçün meydanlara çıxırlar. Artıq ermənilər də fərqindədir ki, mövcud imkanlarla və yeridilən siyasətlə Ermənistanın iqtisadi vəziyyətini düzəltmək mümkün deyil”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət
Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
13:40 16.05.2026
Dünya
Yağış yağacaq, şimşək çaxacaq
13:27 16.05.2026
Ekologiya
WUF13-də iştirak üçün 40 000-dən çox şəxs qeydiyyatdan keçib
12:46 16.05.2026
Gündəm
Faktiki hava açıqlanıb
12:33 16.05.2026
Ekologiya
Tramp: Kuba tənəzzül içindədir və yardıma ehtiyacı var
12:05 16.05.2026
Dünya
Kambocanın Baş nazirinin müavini Azərbaycana səfərə gəlib
11:39 16.05.2026
Siyasət
Trampdan İranın kapitulyasiyası ilə bağlı bəyanat: "Şübhəm yoxdur"
11:28 16.05.2026
Dünya
Putinin Çinə səfərinin tarixi bəlli oldu
11:16 16.05.2026
Dünya
Ərdoğan Trampla danışdı, əməliyyat ləğv edildi...
11:03 16.05.2026
Dünya