Zəvvarları İraq yolunda təhlükə gözləyir

Dini komitənin sədri narahatlığını dilə gətirdi və ziyarətə gedən zaman “razılıq olmalıdır” dedi
Kənan Rövşənoğlu: “Hökumətin bu sahədə qayda-qanun yaratmaq dedikdə, nə edəcəyi aydın deyil”


Azərbaycanlı zəvvarların İran-İraq sərhəddində saxlanılması Kərbəla, Məşhəd ziyarətlərinin
təşkili məsələsini gündəmə gətirib. Yayılan xəbərlərə görə, Kərbəla ziyarətinə yollanmış 500-ə
qədər azərbaycanlı zəvvar İran-İraq sərhəd-keçid məntəqəsində problemlə üzləşib.
Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz

Qurbanlı bildirib ki, ziyarəti təşkil edən şirkətlər komitədən razılıq aldıqdan sonra bu işi həyata
keçirməlidir. Əks halda zəvvarların hər hansı problemlə üzləşəcəyi istisna olunmur. Komitə sədri
qeyd edib ki, yalnız Həcc ziyarətinin təşkili birbaşa Qafqaz Müsəlmanları İdarəsinə aiddir. Həcc
ziyarəti QMİ ilə Səudiyyə Ərəbistanı Həcc nazirliyi arasındakı müqavilə şərtləri ilə icra olunur.
Digər müqəddəs yerlərə, ziyarətgahlara səfərlər təşkil edənlərsə, bunun üçün DQİDK-dən icazə
almalıdır. Komitə sədri icazənin alınmasını zəvvarların təhlükəsizliyi baxımından da zəruri sayır.
M.Qurbanlı qeyd edib ki, İran Azərbaycana viza sistemi tətbiq etmədiyindən bəziləri bundan öz
məqsədləri üçün istifadə edə bilər: "Çünki yüzlərlə insan ziyarət adı altında xarici ölkələrə
aparılır, müəyyən qruplar tərəfindən təsir altına alınır, bəziləri hətta xarici ölkələrə gedərkən
Azərbaycanın maraqları əleyhinə hərəkətlərə yol verirlər”.
Komitə sədrinin əndişəsində haqlı tərəflər də var. Məsələn, vaxtilə İŞİD-ə qoşulmuş
azərbaycanlıların hansı yolla, necə ölkədən çıxdığı məlum deyil. Suriyada döyüşənlərin də
ölkəni nə zaman, necə tərk etdiyi bilinmir. Bu mənada M.Qurbanlının narahatlığı əsassız
sayılmaz. Amma məsələnin başqa bir yanı da var, hansı ki, əvvəlkindən heç də az əhəmiyyət
daşımır. Bu, müsəlmanların imam Hüseyn başda olmaqla əziz peyğəmbərimizin (s.ə.s) Əhli￾beytinə olan sevgisi və ehtiramıdır ki, min illərdir tükənmir və insanlar onların məzarını,
məqbərələrini ziyarət etməyi mənəvi borc bilirlər. Hətta bu yolda aşkar ölüm təhlükəsi olsa da.
İllərdir insanlarımız ölümü faktiki gözə alıb İraq səfərinə - Kərbəlaya, Nəcəfə, Kufəyə,
Kazımeynə, Samiraya yollanır. Geri qayıdanı da olur, müqəddəs hesab etdiyi torpaqlarda haqqa
qovuşanı da. İki gün öncə, Bağdadın 120 kilometrliyində bir yanacaqdoldurma məntəqəsində
törədilmiş terror aktı 80-dən artıq insanın həyatına son qoydu ki, onların məhz Kərbəlaya gedən
zəvvarlar olduğu bildirilir. Partlayış zəvvarların avtobusu yanacaqdoldurma məntəqəsində
dayanan zaman törədilib. Ölənlərdən 10-nun iraqlı, çoxununsa İran vətəndaşı olduğu deyilir.
Azərbaycandan da İran-İraq səfərləri təşkil edən şirkətlər, həmçinin ayrı-ayrı şəxslər var.
Azərbaycanlı zəvvarlar arasında da bəzən İraqda həyatlarını itirənlər olur. Məlumdur ki, İraq
müharibəsi başlanandan bu ölkəyə dövlət səviyyəsində ziyarətlər təşkil olunmur. Eləcə də,
Suriyadakı mövcud vəziyyət bu ölkəyə də rəsmi səviyyədə ziyarətlərin dayandırılmasına səbəb
olub. Bununla belə, insanlarımız yenə də Kərbəla ziyarətindən imtina etmir. Amma dövlət
komitəsi sədrinin məlum açıqlamasından sonra Kərbəla ziyarətlərinin nəzarətə götürüləcəyi və
komitədən icazə almayan şirkətlərin İraqa səfər təşkil etməsinə razılıq verilməyəcəyi ehtimalları
güclənib. Dövlət Kərbəla səfərini hansı yolla nəzarətə götürə bilər? Burada İraqın
Azərbaycandakı səfirliyi hansı rol oynaya bilər?

"Yeni Müsavat” qəzetinin əməkdaşı, dini mövzularda yazıları ilə tanınan Kənan Rövşənoğlu
"Şərq”in qaldırdığı məsələyə şəxsi feysbuk səhifəsində cavab verib:

"Ümumiyyətlə, bu mövzunun nədən gündəmə gəlməsi bir az anlaşılan deyil. Mən bildiyim
qədəri ilə bu il həddən çox insan "Ərbəin” mərasimi ilə əlaqədar İraqdakı ziyarətgahlara getdiyi
üçün sərhəddə müəyyən sıxlıq yaranıb. Amma bu, qısa müddətdə olub, 500-ə yaxın azərbaycanlı
qısa müddətdə sərhəddə qalıb, daha sonra buraxılıblar. Yəni hansısa ciddi bir problem, sıxıntılar
mövcud deyil. Görünür ki, bu hadisəni komitə sədrinə deyiblər. Onun da reaksiyası belə oldu.
DQİDK sədrinin ziyarətlərlə bağlı açıqlamasında bu məsələ ilə bağlı deyib ki, ziyarətə qadağa
qoymaq mümkün deyil. Amma dövlət istəsə, bu fəaliyyətlə məşğul olan şəxslərə müəyyən
məhdudiyyət qoya bilər. Bu da özünü lisenziya alınmasının şərt kimi qoyulması ola bilər. İraqın
Azərbaycandakı səfirliyinə də təklif edilə bilər ki, məhz vətəndaşların təhlükəsizliyi, hər hansı
problem ortaya çıxarsa, rəsmi səviyyədə həll edilməsi baxımından müstəqil şəkildə səfərlər
təşkil etmək istəyən şirkətlərlə əməkdaşlıq edilməsin. Səfərin məqsədinə gəlincə, hər kəsə
aydındır ki, insanlar İraqa hansı məqsədlə gedir. İraqda Nəcəf, Kərbəla, Kazimeyn kimi
şəhərlərdə şiə müsəlmanların müqəddəs bildiyi məkanlar var, insanlar da o məkanları ziyarətəgedirlər. Bu mənada hökumətin bu sahədə qayda-qanun yaratmaq dedikdə nə edəcəyi aydın
deyil. Söhbət razılığın alınmasından gedirsə, burda bir problem yoxdur, yəqin ki, tur şirkətləri
bununla bağlı müvafiq razılığı almağa çalışacaqlar. Lakin düşünürəm ki, insanların ziyarətə
hansı məqsədlə getdiyi aydındır, onları aparanların da nə üçün bunu təşkil etdikləri aydındır.

Məlahət Rzayeva