Bu yol sabahdan bağlanır

Sabahdan etibarən Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində təmir işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işləri sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oksford Məktəbinə qədər olan hissəsində aparılacaq. İşlərin qısa müddətə yekunlaşdırılması nəzərdə tutulur.

Bu müddət ərzində Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.