Mübariz İbrahimovun atası xəstəxanaya yerləşdirildi 

Milli Qəhrəman Mübariz İbrahimovun Atası Ağakərim İbrahimov açıq ürək əməliyyatı keçirib.

Lent.az -ın məlumatına görə, bunu “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov sosial şəbəkədə xəbər yayıb:

“Allaha şükür ki, Ağakərim bəy indi özünü yaxşı hiss edir. Öz növbəsində görsətdikləri hər tərəfli dəstəyə görə Ağakərim Əmi Heydər Əliyev Fonduna öz dərin təşəkkürü bildirir. Allah şəfa versin”.