"Azercell"dən açıqlama: "Şəbəkədə yaranan problemlər..."

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom”un şəbəkəsində texniki problemlər yaranıb.

Şirkətdən “ APA -Economics”ə bildirilib ki, paytaxtın bəzi ərazilərində xidmətlərin istifadəsi ilə əlaqədar yaranan çətinliklərin aradan qaldırılması üçün təcili tədbirlər görülür və qısa müddət ərzində şəbəkənin normal fəaliyyəti bərpa olunacaq.