Evlənənlərin və boşananların sayı bilindi

Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2-dən 6,3-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.