Sabahdan bu nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişir

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin apardığı təmir-quraşdırma işləri ilə əlaqədar dekabrın 19-da Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsində nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq olunacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, bununla əlaqədar 104 saylı müntəzəm marşrutun və digər nəqliyyat vasitələrinin hərəkət istiqaməti alternativ küçələrlə təşkil ediləcək.