Şizofreniyanı əngəlləyir: İt olan evdə böyüyən uşaqlar...


Hərəkətləri, şən davranışları ilə bizə bütün çətinlikləri unutduran ev heyvanlarının sağlamlığımız üçün də böyük təsiri olduğu ortaya çıxıb. Mütəxəssislər, it saxlanan evlərdə böyüyənlərin yetkinlik dövründə şizofreniyaya tutulma riskinin daha aşağı olduğunu bildirirlər.



Sherg.az  xarici mediayaya istinadən xəbər verir ki, ABŞ-ın "Johns Hopkins" xəstəxanasının alimi Robert Yolkenin rəhbərliyi ilə aparılan və nəticələri "PLOS Ona" jurnalında nəşr olunan araşdırmada 396-sı şizofreniyalı olan 1371 qadın və kişi sorğuya çəkilib. Araşdırma daxilində 18-65 yaş arasındakı iştirakçılara, həyatlarının ilk 12 ilində evlərində pişik və ya it saxlayıb, saxlamadıqları soruşulub. Əldə edilən nəticələr 13 yaşından əvvəl evlərində it saxlayan iştirakçıların, yetkinlik dövründə şizofreniyaya tutulma ehtimalının yüzdə 24-ə qədər azaldığını ortaya qoyub.



Yolken, "Ciddi psixiatrik problemlərin, həyatın ilk dövründə məruz qaldığı ətrafla əlaqəli immunitet sistemindəki dəyişikliklərlə əlaqəsi var" deyib.
Yolkenə görə, "immunitet dəyişməsi" adamın genetik olan psixiatrik xəstəliklərə tutulma riskini azalda bilər.

Turan