Türk toplumları ilə bağlı mühüm təqdiqatların müəllifi olan jurnalist Ağanisə Sultanın 4-cü kitabı işıq üzü görüb.
“Kərkükdən Bakıya” kitabı İraq-Şam İslam Dövlətinin (İŞİD) anarxiyasına son qoyulduqdan sonra İraqın Bağdad, Ərbil, xüsusilə də, Turkman qardaşlarımızın əzəli torpaqları olan Kərkükdəki soydaşlarımızın bugünkü yaşamına, siyasi, mədəni həyatlarına həsr olunub.
![](https://sherg.az/uploads/editor/72486bd247acb547608cafddbaabc770.jpg)
Eyni zamanda, kitabda Səddam Hüseyn dönəmində turkmanlara qarşı şüurlu şəkildə törədilən 1980-ci ilin yanvar soyqırımından, Altınkörpü soyqırımından və digər qanlı repressiyalardan ətraflı bəhs edilir.
![](https://sherg.az/uploads/editor/43ff3fc0b4ef85656e80b67f4e6b698c.jpg)
![](https://sherg.az/uploads/editor/a14ed32dfd2c5f4213bd5eff6917bfe5.jpg)
Müəllif qələmə aldığı kitabın ərsəyə gəlməsində göstərdikləri dəstəyə və Kərkük səfəri zamanı yüksək qonaqpərvərliyə görə İraq Türkməneli Partiyasının başqanı, Riyaz Sarıkahyaya, Yilmaz Huseyinə və digər soydaşlarımıza minnətdarlığını bildirib.