Azərbaycanda yeni doğulmuş körpəni küçəyə atdılar

Səhiyyə Nazirliyi küçədən tapılan körpənin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti qənaətbəxşdir.

Həkimlərin söözlərinə görə, uşaqda fiziki qüsur qeydə alınmayıb. Uşaq hazırda xəstəxanada həkimlərin nəzarəti altında saxlanılır. 

Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib.